"Moskva aydınlıq gətirənə QƏDƏR “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılmalıdır” – Tofiq Zülfüqarov

Ermənistan və onun əlaltıları Azərbaycanla münasibətlərin normallaşmasına əngəl olmaq üçün hələ də çirkin əməllər törətməkdə davam edirlər. Qarabağdakı separatçı rejimin qalıqları erməni şovinist və revanşistləri, Simonyan, Qabreilyanov, Kesoyan və digər bu kimi ünsürlər durmadan Azərbaycana qarşı təxribat planları hazırlayır. Son zamanlar isə onlar Qarabağı Rusiyaya birləşdirmək kimi avanturist bir ideyanı dövriyyəyə buraxıblar.

Bu da haqlı suallar yaratmağa başlayıb: Nəyə görə Rusiya özü Azərbaycan ərazisində belə təxribatlara yol verir? Dövlət agentliyinin rəhbəri olan Simonyan hansı cəsarətlə Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi iddiasını təbliğ edir? 

Məsələni Bizim.Media-ya şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, emənilərin bu uydurmaları cəfəngdir və heç zaman həyata keçməyəcək: 

“Onu da qeyd edim ki, bu hər halda rəsmi Rusiyanın mövqeyi deyil. Marqarita, Balayan, Baqdasaryan kimi adamların şəxsi fikirləridir və onların cəfəng düşüncələrinə ciddi yanaşmamalıyıq. Burada narahatedici məqam başqadır. Rusiya rəsmi dairələri iki ölkə arasında münasibətlərə zərbə vuran, kölgə salan belə fikirlərin irəli sürülməsinə imkan verməməli, şərait yaratmamalıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Azərbaycan mediasına qarşı QƏRƏZİ – Bakı cavab tədbiri görəcəkmi?


Ermənilərin bu xülyası heç zaman gerçəkləşməyəcək. Çünki Qarabağın Rusiya ilə heç bir sərhədi yoxdur. Rusiyanın dövlət başçısı da dəfələrlə bildirib ki, Azərbaycan öz torpaqlarını azad edib”.

Politoloq bildirir ki, görünür, Moskva vaxtaşırı kimlərəsə hədə-qorxu gəlmək üçün belə ekspert dairələrinin olmasında maraqlıdır: 

“Ona görə də bu kimi avantürüstlərdən ara-sıra istifadə edir, onların cəfəng fikirlər söyləməsinə şərait yaradırlar. Amma bu vasitələr heç bir nəticəyə gətirib çıxarmayacaq”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə başqa fikirdədir: 

“Hazırda Rusiyanın təbliğat, müdafiə və təhlükəsizlik sistemində dərin böhran yaşanır. Həmişə olduğu kimi, bu böhrandan istifadə edərək ermənilər və ermənipərəst ünsürlər də fəallaşıb. Prosesdə Marqarita Simonyan deyil, əsas rolu politoloq Kurqinyan oynayır. Son hadisələrin arxasında dayanan başlıca füqur məhz odur. Bir müddət öncə o İrəvana səfər edib və bildirib ki, Ermənistan Rusiyaya birləşməlidir. Bu fikirlərinə görə də onu Ermənistandan qovublar. Yəni Qarabağın ermənilər yaşayan hissəsinin Rusiyaya birləşdirilməsi kimi cəfəng fikirlər ermənipərəst ünsürlərin oyunudur”. 

Sabiq nazir onu da vurğulayıb ki, məsələ ilə bağlı Bakı Moskvaya öz etirazını bildirməlidir: 
 

“Marqarita Simonyan dövlət agentliyini təmsil edən şəxsdir. Onun bu agentliyinin Azərbaycanda da “Sputnik Azərbaycan” adında nümayəndəliyi var. Hesab edirəm ki, Simonyanın bu bəyanatı Azərbaycan dövlətçiliyinə qarşı yönəlib.


Ona görə də Bakı Rusiyaya etiraz bildirməli və “Sputnik Azərbaycan” adlı qurumun fəaliyyətini, Moskva tərəfindən məsələyə aydınlıq gətirilənədək dayandırmalıdır. Rusiya ilə Azərbaycan arasında imzalanan sənədlərdə göstərilir ki, hər iki tərəfin ərazi bütövlüyü və suverenliyinə zidd olan fəaliyyətlər qanunsuzdur və deməli onun qarşısı alınmalıdır. Dövlət xidmətində çalışan Simonyanın çağırışı isə birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Ona görə də məsələyə ciddi diqqət yetirməliyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Xəzər dənizində 2 nəfər xilas edildi

Xəzər dənizində 2 nəfər xilas edildi

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

End of content

No more pages to load

RADİO