İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirdi və bu baxımdan ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında yükdaşımalarının həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd etdi və bunun üçün yaxşı əsasın yaradıldığını bildirdi.

Dövlətimizin başçısı, eyni zamanda, ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi. 
Ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd etdi.

Qonaq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirdi.

Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edildi.

*** 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedəcək

Qonşu ölkələr uçuşa icazə vermədi, Moskvaya avtomobillə gedəcək

İran hələ də müharibə şəraitindədir...

İran hələ də müharibə şəraitindədir...

SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirdi

SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirdi

Afranın yeni sevgilisi

Afranın yeni sevgilisi

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Corcia Meloninin Bakıya planlaşdırılan səfərini müzakirə etdilər...

Corcia Meloninin Bakıya planlaşdırılan səfərini müzakirə etdilər...

5 dəqiqəyə adamı yatızdıran ÇAY

5 dəqiqəyə adamı yatızdıran ÇAY

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

End of content

No more pages to load

RADİO