İlham Əliyevdən dövlət vəsaiti hesabına inşa edilmiş evlərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Fərman imzalayıb.

Bizim.Media-nın məlumatına görə, fərmanla yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidirlər.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin;

2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətlərinə baxılarkən:

2.2.1. yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının inşa edildiyi torpaq sahələri bələdiyyə mülkiyyətində olduğu hallarda həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüsü barədə məlumatları belə halın aşkar edildiyi tarixdən bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2.2. yaşayış evləri və çoxmənzilli yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edildiyi hallarda həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;

2.3. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərinin icrası ilə bağlı görülən işlər barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu Fərmanın 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında:

3.1.1. yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılmasını təmin etsin;

3.1.2. bu Fərmanın 2.2.2-ci yarımbəndində göstərilən hallarda, habelə zərurət olduğu hallarda bu Fərmanın 3.1.1-ci yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsini təmin etsin;

3.1.3. yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tədbirlər görsün və bu barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Ermənistanda hərbçi öldü

Ermənistanda hərbçi öldü

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

End of content

No more pages to load

RADİO