Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bakıda Zabrat–Maştağa–Bağlar dəmir yolu xəttinin yenidən qurulması layihəsi çərçivəsində Maştağa qəsəbəsində söküntü işlərinə start verilib.

Layihənin icrası ilə əlaqədar ərazidə yerləşən bəzi tikililər, həyətyanı sahələrdəki yardımçı qurğular sökülür. Bunun müqabilində mülkiyyət sahiblərinə kompensasiya ödənilir.

Qeyd edək ki, layihə tamamlandıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən, mərhələli şəkildə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə, Qala, eləcə də Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası da həyata keçiriləcək.

Bəs bu infrastruktur layihəsi həmin ərazilərdəki daşınmaz əmlakın qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyir ki, istənilən infrastruktur layihəsi daşınmaz əmlakın qiymətlərinə təsir göstərir:

“Ümumiyyətlə, qiymətləndirmə şirkətləri əmlakın qiymətləndirilməsi zamanı infrastruktura çox önəm verirlər. Əsas yolun üzərində, metro, dəmir yolu stansiyasının yaxınlığında olan mənzillər bir qayda olaraq baha dəyərləndirilir.

Bütün dünyada yanaşma belədir. Əgər sizin əmlakınızın yaxınlığında poçt, məktəb, xəstəxana, bazar və digər infrastrukturlar varsa, o zaman əmlakınız daha baha qiymətləndirilir. Bu mənada Bakı ətrafında yeni dəmir yolu xətlərinin tikintisi ideyası həmin ərazilərdə daşınmaz əmlakın qiymətinə müsbət mənada təsir edir.

Bir tərəfdən dövlət yeni dəmir yolu xətlərinin keçəcəyi ərazilərdə əmlakların satın alınmasını həyata keçirir. Nəticədə əmlak bazarına böyük maliyyə vəsaiti daxil olur. Bazara daxil olan böyük pullar daşınmaz əmlaka tələbatı artırır.

Digər tərəfdən tikilən dəmir yolu dayanacaqları həmin ərazilərdə daha rahat və əlverişli yaşam tərzi yaratmağa imkan verir. Bu hesaba da dəmir yolu dayanacaqlarına yaxın olan daşınmaz əmlak yeni dəyər qazanır. Ona görə də Bakı ətrafında çəkiləcək yeni dəmir yolları həmin ərazilərdəki daşınmaz əmlakın qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

End of content

No more pages to load

RADİO