14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

Son dövrlərdə pasiyent şikayətləri adi hal alıb. Hər dəfə bir poliklinikanın və yaxud da xəstəxananın hansısa həkimi barədə narazılığa rast gəlirik. Bəzi hallarda səslənən şikayətlər və narazılıqlar cavabsız qalır. Yaxud da, günah həkimdə olsa da, sonda xəstə haqsız duruma düşür.

Bu vəziyyətin ortaya çıxmasının əsas səbəblərindən biri müvafiq qanunun olmamasıdır.

14 il əvvəl gündəmə gələn qanun

“Pasiyentin hüquqları haqqında” qanun layihəsi hələ 2012-ci ildə hazırlanıb. Hətta qanun layihəsi Milli Məclisin sosial siyasət komitəsində 25 aprel 2012-ci ildə müzakirəyə çıxarılıb.
 

Qanun layihəsində pasiyentin hüquqlarının təminatı və qorunmasının, sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsinin hüquqi əsasları və bu sahədə yaranan münasibətləri tənzimlənməsi əks olunmuşdu. Dörd fəsil, 32 maddədən ibarət olan qanun layihəsi hazırlanarkən bu sahədəki dünya təcrübəsi yaxından öyrənilmişdi.


Layihədə pasiyentin tibbi yardım almaq, yaşamaq, həyat və sağlamlığının təhlükəsizliyinin təminatı, ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığın qorunması, tibbi məlumat almaq, sağlamlığına vurulmuş zərərin ödənilməsi hüquqları, tibbi müdaxiləyə razılığın verilməsi qaydası, tibbi müdaxilədən imtina, tibbi ekspertiza, şikayət etmək, pasiyentlərin vəzifələri, qanunun pozulmasına görə məsuliyyət və digər məsələlər əksini tapmışdı.

Ancaq “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi elə layihə olaraq qaldı və plenar iclasda müzakirəyə çıxarılmadı.

Bundan 7 il sonra - 2019-ci ildə sözügedən məsələ yenidən parlamentin gündəliyinə daxil edildi.

Bu dəfə fərqli formada...

Belə ki, bəzi deputatlar tərəfindən “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinə tibb işçiləri ilə bağlı məsələnin də daxil edilməsi, yəni “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” ayrıca qanunun qəbulu təklif edildi.

Və Səhiyyə Nazirliyi ilə bununla bağlı danışıqlar aparıldı. Belə qərara gəlindi ki, hazırda bu barədə ayrıca qanuna ehtiyac yoxdur.

Beləcə “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi yenə yarımçıq qaldı.

Halbuki, bu qanun layihəsinin qəbulu bir sıra suallara aydınlıq gətirə və xəstə-həkim münasibətlərini hüquqi müstəvidə tənzimləyə bilər.

“Pasiyentlərin hüquqları haqqında” qanunun qəbulu nə üçün vacibdir?

Vaxtilə sözügedən qanun layihəsinin müzakirələrində iştirak etmiş “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlama verib. O müvafiq qanununun qəbulunun önəmindən danışıb:
 

“Həmin vaxt müəyyən təkliflərimizi vermişdik. Amma sonradan necə oldusa, qanun layihəsinin müzakirəsi yarımçıq qaldı. Halbuki bu qanunun qəbulu pasiyentin hüquqlarının tam qorunması üçün çox gözəl hüquqi əsas yarada bilərdi.


Amma indi vəziyyət elədir ki, həkimlərdən edilən haqlı şikayətlər çox zaman cavabsız qalır. Bu da onunla bağlıdır ki, məhkəmələr istənilən iddia üçün hüquqi əsas tələb edir. Hüquqi əsası verən də Səhiyyə Nazirliyinin müvafiq qurumudur. Bu qurum da çox zaman xəstənin yox, həkimin maraqlarından çıxış edir. Çünki ortada peşə həmrəyliyi var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

End of content

No more pages to load

RADİO