Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) Krımın azad edilməsinin quru hücumu ilə deyil, Rusiya ordusunun logistikasının iflic edilməsi yolu ilə həyata keçiriləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Ukrayna qüvvələri yarımadada enerji infrastrukturu, yanacaq ehtiyatları və təchizat marşrutlarına zərbələr endirərək Rusiya hərbçilərinin Krımda qalmasını mümkünsüz etməyə çalışır.
Madyar iddia edib ki, son üç sutkada Krıma yanacaq daşıyan 21 tanker məhv edilib və bu cür zərbələr davam etdiriləcək.
Bizim.Media