“Rusiya Cənubi Qafqazda nüfuzunu saxlayacaq, lakin...” – Brüssel görüşünün ŞƏRHİ

“Avropa İttifaqının (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bölgədə sülhün bərqərar olması istiqamətindəki səyləri heç də təsadüfi deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.

Belə ki, Brüssel görüşünü və Avropa İttifaqının sülh prosesində aktiv rol almasının Rusiyanın regional maraqlarına təsirlərini şərh edən politoloq, ilk növbədə son zamanlar Aİ-nin və ümumiyyətlə Avropa siyasi və iqtisadi təsisatların bölgəyə səfərlərinə diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə əldə edilən 3 VACİB MƏQAM - Azərbaycan diplomatiyasının yeni uğuru


“II Qarabağ müharibəsinin bitməsindən sonra Aİ bölgədə özünün maraqlarını təmin etmək cəhdlərini ortaya qoydu və bununla da Rusiyanın təkbaşına sülhün qarantı olması imicinə birbaşa təhlükəyə çevrildi. Ötən ilin dekabrında Brüsel görüşünün keçirilməsi dəqiqləşdiyi zaman, Rusiya dərhal bu məsələyə reaksiya verdi və Azərbaycanla Ermənistan dövlət başçılarını Moskvaya dəvət etdi. Bununla da Rusiya bölgədə sülh gündəlyinin və ümumiyyətlə postmünaqişə dövründə əldə oluna biləcək razılıqların məhz onun da iştirakı ilə olacağına eyham vurdu”. 

Amid Əliyev qeyd edib ki, bu dəfə Rusiyanın başının Ukrayna müharibəsinə qarışması səbəbindən oxşar addımın indiki situasiyada atılması mümkün olmayıb:

“Ancaq bir faktı da xatırlamaq lazımdır ki, aprelin 8-9-da Ermənistan xarici işlər nazirinin Moskvaya səfəri gözlənilir. Ehtimal ki, Brüssel gündəliyinin davamı Moskvada davam edəcək və hətta bəzi korrektələr də edilə bilər. Əsasən də sərhədlər və kommunikasiya ilə bağlı məsələlərdə. Rusiya prezidentinin son 10 gün ərzində həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə 4 dəfə telefon danışığı baş tutub”. 

Politoloq danışıqlarda təzyiq görən tərəfin Ermənistan olduğunu da diqqətə çatdırıb: 

“Çünki, həm Rusiya, Həm Qərb, həm də Ermənistan artıq gözəl başa düşürlər ki, Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər fonunda real addımlar atılmalı və qərarlar qəbul edilməlidir. Əks halda Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı şərtdə gündəliyi öz xeyrinə dəyişməli olacaq. Cəbhə xəttində son yerdəyişmələr isə Azərbaycanın bu istiqamətdə fikirlərinin nə qədər qəti və dəyişməz olduğunu bir daha göstərdi”. 

Amid Əliyev baş verən proseslər fonunda Rusiyanın regional məsələlərdə nüfuz dairəsini qorumağa davam edəcəyini sözlərinə əlavə edib:

“Aİ və digər Avropa təsisatları isə Rusiya ətrafında yaranmış siyasi vəziyyətdən maksimum dərəcədə faydalanmaq istəyindədirlər. Bu istiqamətdə səylərin daha da artacağını ehtimal etmək olar. Çünki Aİ-nin hər iki ölkəyə maliyyə yardımları ilə yanaşı siyasi dəstəyinin də olacağ dünənki görüşdə səsləndirildi.
İttifaqla Azərbaycan arasında yeni sazişin imzalanması da gözlənilir. Belə olan halda, Rusiya məsələlərdən kənarda qalmayacaq və özünün nüfuz dairəsini qorumaqda davam edəcək. Hər bir halda vaxt və şərtlər Azərbaycanın xeyrinə işləyir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Ermənistanda hərbçi öldü

Ermənistanda hərbçi öldü

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

End of content

No more pages to load

RADİO