Brüssel görüşündə 4+4 NƏTİCƏ – Paşinyan İlham Əliyevlə niyə razılaşdı?

Xəbər verdiyimiz kimi, aprel 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında görüş baş tutub. Dörd saata yaxın davam edən qarışıqlı müzakirələrdən sonra mətbuat qarşısına çıxan Şarl Mişel görüşdə əldə olunan nəticələri açıqlayıb.

Əvvəla, görüşə Azərbaycan və Ermənistan tərəfinin hansı situasiyada yollandığına nəzər salmaq vacibdir:

Azərbaycan Brüsselə Fərrux uğuruna nail olan, İranla Memorandumun təsdiqi ilə üstünlük qazanan, Ukraynaya humanitar yardımlar səbəbilə gələn təşəkkürlər alan və Rusiya böhranı fonunda artan enerji və logistik əhəmiyyətə malik ölkə kimi yollanmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə əldə edilən 3 VACİB MƏQAM - Azərbaycan diplomatiyasının yeni uğuru


Ermənistanın simasında isə Rusiyaya göndərildiyi bildirilən “SU 30”lar, İrəvanın mərkəzindəki çoxminlik müxalifət mitinqi və Zəngəzurdan keçən dəmir yolu xəttinin inşasına pul tapa bilməyən ölkə imici var idi.

Şarl Mişelin müzakirələrin gedişatı ilə bağlı səsləndirdiyi fikirlərə əsasən Brüsseldə 4 mühüm irəliləyişin əldə olunduğunu söyləyə bilərik:

1. Tərəflər sülh müqaviləsinin reallaşması ilə bağlı öz istəklərini bəyan ediblər və bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb.

2. Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq. Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyası Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin edəcək.

3. Ölkələr arasında kommunikasiya xətlərinin açılması, eləcə də dəmir yolu ilə yanaşı, avtomobil yolunun salınmasının vacibliyi vurğulanıb. Bu, Azərbaycanın İranla imzaladığı Memorandumun İrəvan üzərində yaratdığı təzyiqin bariz nişanəsidir.

4. Tərəflər gələcəkdə də oxşar formatda təmasları davam etdirəcəklər. Bu isə sülh prosesində irəliləyişə nail olmaqda mühüm imkanlar yaradacaq. Çünki ikitərəfli təmasların vacibliyi və təsir gücü hər iki ölkə rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib.

İrəliləyişlərlə yanaşı, bəyanatda bir sıra diqqət çəkən məqamların olduğunu da qeyd etməliyik:

- Şarl Mişel sülh prosesinin məhz bu gecə başladığını elan etdi. Görünür, Paşinyan əvvəlki görüşlərdən fərqli olaraq sülh prosesinə daha konstrukitv mövqe sərgiləyib. Əks halda, AŞ lideri bu qədər əminliklə sözügedən fikri səsləndirməzdi.

- Əvvəlki Brüssel görüşündə olduğu kimi, bu dəfə də, bəyanatın mətnində “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağın statusu” kimi məsələlərə yer verilmədi. Halbuki, görüş öncəsi həm Paşinyan Qarabağdakı soydaşları ilə bağlı narahatlığını dilə gətirmişdi, həm də müxalifət cəbhəsi çoxminlik mitinqdə bu məsələni ortaya atmışdı.

- ATƏT-in Minsk qrupunun həmsədrləri də müzakirə predmetinə çevrilmədi. Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycan XİN-in 5 bəndlik ilkin sülh prinsiplərinə cavab olaraq məhz Minsk qrupunun vasitəçiliyini ortaya atmışdılar.

- Qarşılıqlı təhlükəsizlik təhdidlərindən daha çox postmünaqişə dövrünün reallıqları ön plana çıxarıldı. Humanitar yardım, etimad mühiti, kommunikasiyaların bərpası kimi məqamlar Mişelin nitqində daha çox yer aldı.

Ümumilikdə isə, görüşün Azərbaycanın Ermənistana təklif etdiyi sülh üçün ilkin 5 prinsip ətrafında fikir mübadiləsinə həsr olunması müzakirələrin rəsmi Bakının diqtəsi ilə keçdiyinin göstəricisidir. 
Bu və digər məqamlar onu deməyə əsas verir ki, sülh prosesində real nəticələrin əldə olunması üçün 44 günlük müharibənin başa çatmasından sonrakı ən ideal zəmin yaranıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Ermənistanda hərbçi öldü

Ermənistanda hərbçi öldü

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

End of content

No more pages to load

RADİO