Rəsmi Bakıdan Brüssel görüşü ilə bağlı AÇIQLAMA: “Sülh sazişinin...”

6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. 

Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şarl Mişel: “Bu gecə böyük bir irəliləyişə nail olduq” - VİDEO


Mənbə yazır ki, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.

Görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.

Hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib.

İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb.
Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib.

Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Ermənistanda hərbçi öldü

Ermənistanda hərbçi öldü

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

End of content

No more pages to load

RADİO