İsrail Azərbaycanda - Son görüşlər hansı təhlükədən xəbər verir?

Aprelin 5-də İsrailin Turizm naziri Yoal Razvozovun Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində israilli nazirin Prezident İlham Əliyevlə və digər vəzifəli şəxslərlə görüşləri təşkil olunub. Görüşlər nəticəsində İsraillə Azərbaycan arasında su təsərrüfatı, gömrük-vergi sistemi, turizm, kibertəhlükəsizlik və səhiyyə başda olmaqla bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndiriləcəyi və yeni müqavilələrin bağlanacağının anonsu verilib.

Qeyd olunan əməkdaşlıq istiqamətlərinin bir çoxu iki ölkə arasında bu günədək də mövcud olan, yeni dönəmdə həcmi və miqyasının artırılması nəzərdə tutulan sahələrdir.

Bu baxımdan son görüşləri yeni bir proses kimi yox, daha çox İsrail və Azərbaycan arasında davam və inkişaf edən münasibətlər çərçivəsindən qiymətləndirməyə ehtiyac var. 

İki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafı nəticəsində 2021-ci ilin iyulunda İsraildə Azərbaycan Ticarət və Turizm nümayəndəliyi açılıb. İsrail şirkətlərinin iqtisadiyyatın fərqli sahələri ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunması istiqamətində önəmli addımlar atılıb. Lakin pandemiya şəraiti iki ölkə arasındakı xarici ticarət dövriyyəsinin azalması və imzalanmış müqavilələrin icrasında gecikmələrlə müşahidə olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İsrail arasında hava əlaqələri genişləndiriləcək


Hazırda isə əsas fəaliyyət mövcud müqavilələr əsasında ticari əlaqələrin pandemiyadan əvvəlki səviyyəyə yüksəldilməsi ilə bağlıdır.

İsrailli nazirin açıqlamlarının da bu yöndə olması əsas prioritetin mövcud əməkdaşlıq istiqamətlərinin tam həcmdə yerinə yetirilməsinə fokuslandığını deməyə əsas verir. Aviareyslərin və yükdaşımaların sayının artırılması, xüsusilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də məhz bu baxımdan qiymətləndirilə bilər. 

Lakin ənənəvi sahələrlə yanaşı diqqət çəkən bir digər məqam da İsraillə su təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır.

İsrailin son 10 il ərzində su təsərrüfatının idarə olunması məsələsində dünya lideri olduğu məlumdur. Bu gün ölkədə içməli suyun böyük hissəsi (təxminən 200 milyard galon) dəniz suyunun təmizlənməsi nəticəsində əldə olunur. İstifadə olunmuş suyun 65%-i isə təkrar istehsal edilməklə əkin sahələrinin suvarılmasına sərf edilir. Su təsərrüfatının səmərəli idarə edilməsi nəticəsində İsrail su təlabatının 17% azaldılmasına və quraqlığın zərərli nəticələrinin aradan qaldırılmasına nail olub. 

Son illərdə davam edən iqlim böhranı, quraqlıq, çayların və Xəzər dənizin səviyyəsində müşahidə olunan azalma Azərbaycanın da yaxın gələcəkdə ciddi su problemləri ilə üzləşməsini qaçınılmaz edir.

Su problemlərinin və buna paralel olaraq quraqlığın artmasının qlobal ərzaq böhranını nəzərə aldığımızda daha dəhşətli nəticələrə səbəb olması qaçınılmazdır. Oxşar problemə son illərdə ölkə rəhbərliyi səviyyəsində diqqət çəkilməsi də problemin miqyasını gözlər önünə sərir. 

Hazırda Azərbaycanın su ehtiyatının yetərli səviyyədə olmasına baxmayaraq daxili istehsala yönəlik tələbatın artması, xüsusilə suvarma sistemlərinin genişləndirilməsi ehtiyacı mövcud ehtiyatlardan səmərli istifadəni şərtləndirir. Bu şərtlər daxilində İsraillə su təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin və İsrail təcrübəsindən istifadənin Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələyə çevrildiyini demək mümkündür. Bu amil eyni zamanda yaxın gələcəkdə üzləşə biləcəyimiz problemlərin müəyyən olunması və vaxtında qabaqlayıcı tədbirlərin görülməsi baxımından da önəmlidir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Ermənistanda hərbçi öldü

Ermənistanda hərbçi öldü

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

“Bitcoin"in qiyməti 66 min dolları ötdü

End of content

No more pages to load

RADİO