Bu gün \"Qaradağ\" Günəş Elektrik Stansiyasının təməli qoyulacaq - İlham Əliyev də iştirak edəcək

Bu gün Azərbaycanda 230 meqavat gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulur.

Bizim.Media xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei və "Masdar" şirkətinin idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi iştirak edəcəklər.

Ötən il aprelin 6-da Energetika Nazirliyi və ”Azərenerji” ASC “Masdar”la 230 meqavat gücündə Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsi imzalayıb.

GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Layihənin dəyəri 200 milyon ABŞ dolları təşkil edir. Stansiya “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.

Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib.

Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb.
İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” dövlət başçısının 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

Polis təqibindən qaçmaq üçün hərəkətdə olan avtomobildən gölə tullandı – ANBAAN VİDEO

Polis təqibindən qaçmaq üçün hərəkətdə olan avtomobildən gölə tullandı – ANBAAN VİDEO

Rüfət Əhmədzadə vəfat etdi - Təcili

Rüfət Əhmədzadə vəfat etdi - Təcili

Kraliça illərdir küsülü olan ata və oğlu bir araya gətirdi – FOTO

Kraliça illərdir küsülü olan ata və oğlu bir araya gətirdi – FOTO

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

Şahzadə Uilyam Harrinin barışıq cəhdini "riyakar addım" adlandırdı

Şahzadə Uilyam Harrinin barışıq cəhdini "riyakar addım" adlandırdı

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdiriləcək

Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisinin adı AÇIQLANDI – FOTO

Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisinin adı AÇIQLANDI – FOTO

İsti ilə mübarizə üçün insan soyuducusu təqdim edildi - Qiyməti nə qədərdir?

İsti ilə mübarizə üçün insan soyuducusu təqdim edildi - Qiyməti nə qədərdir?

ABŞ İranın Buşehr aerodromuna zərbə endirdi -FOTO/VİDEO

ABŞ İranın Buşehr aerodromuna zərbə endirdi -FOTO/VİDEO

Tarif Şurasından yeni QƏRAR: iyulun 23-dən qüvvəyə minir

Tarif Şurasından yeni QƏRAR: iyulun 23-dən qüvvəyə minir

Rubio: Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında əməkdaşlığa mane olur – VİDEO

Rubio: Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında əməkdaşlığa mane olur – VİDEO

Pakistan ABŞ-dan 10 milyard dollar istəyib - FOTO

Pakistan ABŞ-dan 10 milyard dollar istəyib - FOTO

Xarici dil fənləri üzrə imtahan modeli AÇIQLANDI

Xarici dil fənləri üzrə imtahan modeli AÇIQLANDI

İran ABŞ bazasını belə vurdu - Hücumun ANBAAN VİDEOSU

İran ABŞ bazasını belə vurdu - Hücumun ANBAAN VİDEOSU

Anna Kurnikova uşaqlarının İspaniya millisinin forması ilə FOTOSUNU paylaşdı

Anna Kurnikova uşaqlarının İspaniya millisinin forması ilə FOTOSUNU paylaşdı

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Fars körfəzinin milyarderləri Londonu kütləvi şəkildə satın alır

Fars körfəzinin milyarderləri Londonu kütləvi şəkildə satın alır

Məktəblərdə vahid geyim tələbi ilə bağlı qanun TƏSDİQLƏNDİ

Məktəblərdə vahid geyim tələbi ilə bağlı qanun TƏSDİQLƏNDİ

Azərbaycanla Sudan bu şəxsləri vizadan qarşılıqlı azad etdi

Azərbaycanla Sudan bu şəxsləri vizadan qarşılıqlı azad etdi

Arzumun azadlıqda ilk görüntüləri – VİDEO

Arzumun azadlıqda ilk görüntüləri – VİDEO

End of content

No more pages to load

RADİO