Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illərdə Türkiyədə zaman-zaman müşahidə olunan Azərbaycana qarşı sistemli informasiya təxribatları və qarayaxma kampaniyaları son həftələrdə pik həddə çatdı. Bu dəfə kampaniyaya dövlət rəsmiləri və iqtidar partiyasının nümayəndələri də qoşuldu. Prosesin nəticəsi olaraq Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən azad edildi.

Lakin bu məsələnin köklü həlli deyil, sadəcə olaraq buz dağının görünən üzündə baş verən epizodlardan biridir. Əsl problemlər isə struktur xarakterlidir və dərinlərdə kök salmış anti-Azərbaycan dairələrin fəaliyyəti ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verdi


Saralın istefasına səbəb olan nə idi?

Məlum olduğu kimi, Oktay Saral oktyabrın 12-də sosial şəbəkədə Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz hesab etdiyini bildirib. O, baş örtüyünün dini inancın tələbi olduğunu yazaraq Azərbaycan hakimiyyətini qərarından geri çəkilməyə çağırıb. Saralın ardınca Türkiyənin hakim AKP-dən olan bəzi deputatları da ölkəmizi hədəf alıb, daxili işlərimizə müdaxilə xarakterli bəyanatlarla çıxış etdilər.

Məsələnin həssaslığı isə təkcə hicabla bağlı mübahisədən ibarət deyildi. Çünki Saral Türkiyə Prezidentinin baş müşaviri statusunda çıxış edirdi. Bu səbəbdən onun açıqlamaları adi sosial şəbəkə istifadəçisinin fikri ilə eyni siyasi çəkiyə malik deyildi. Yəni yüksək dövlət vəzifəsi tutan şəxsin başqa bir suveren dövlətin daxili siyasətinə dair tələbkar tonda danışması heç bir halda “fərdi təşəbbüs” kimi qəbul edilə bilməzdi.
 

Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası oktyabrın 13-də Saralın və AKP-dən olan bəzi deputatların açıqlamalarını populist və məsuliyyətsiz adlandıraraq Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət etməyə çağırdı. Bəyanatda “Bir millət, iki dövlət” prinsipinin bir dövlətin digərinin daxili işlərinə müdaxiləsinə əsas vermədiyi xüsusi vurğulandı.


Dünən - oktyabrın 25-də Saral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vəzifəsindən ayrıldığını bildirdi.

Sistemli dezinformasiya və göz yumulan təhlükə

Lakin problem Oqtay Saral kimilərin fərdi açıqlamalarında və ya ritorikasında deyil; məsələ son üç il ərzində Türkiyənin informasiya məkanında, rəqəmsal platformalarda və siyasi kulislərdə Azərbaycana qarşı məqsədyönlü şəkildə aparılan genişmiqyaslı dezinformasiya kampaniyasıdır.

Bu kampaniya çərçivəsində hər fürsət düşdükcə nurçu-islamçı AKP-yə yaxın dairələr və media resursları Azərbaycanı hədəf alıblar. Gah İsraillə münasibətlər bəhanə edilib, gah dünyəvi dəyərlərimiz hədəf alınıb, gah da müstəqil siyasətimiz gözlərinə batıb. Bu kampaniyalarda tənqidlə yanaşı təhqir ritorikasından da geniş istifadə olunub.

Azərbaycan isə hər zaman iki ölkə arasındakı qardaşlıq bağlarına və strateji tərəfdaşlığa xələl gəlməməsi üçün təmkin nümayiş etdirib. Bu təhlükəli gedişat barədə dəfələrlə rəsmi və qeyri-rəsmi kanallarla Ankaraya narahatlığını bildirilib, prosesin qarşısının alınması üçün zəruri addımların atılması tələb olunub. Lakin təəssüflər olsun ki, bu haqlı müraciətlərə uzun müddət lazımi reaksiya verilməyib, nurçu-islamçı AKP tərəfindən bu destruktiv prosesə sadəcə göz yumulub.

"Yumşaq Güc" manipulyasiyası: Kino və seriallarda Azərbaycan necə hədəf alınır?

İnformasiya müharibəsi yalnız xəbər portalları və ya siyasi bəyanatlarla məhdudlaşmır. Türkiyənin geniş kütlələri əhatə edən kino və serial sənayesi müntəzəm olaraq azərbaycanlı personajların qeyri-ciddi, mənfi, kriminal və ya mafioz obrazlarda təqdim edildiyi platformaya çevrilib.
 

Məsələn, məşhur “Kurtlar vadisi”nin (2003-2005) 22-ci bölümündə mafiya baronu Mehmet Karahanlının  “azərilər pulu çox sevir” replikası birbaşa xalqımızı hədəf alırdı. Başqa bir mafiya üzvü İplikçi Nediim obrazı isə daha da irəli gedərək "Bax canım, çeçendən canını, türkdən arvadını, azərbaycanlıdan pulunu qoruyacaqsan” ifadəsini səsləndirmişdi. 


Vaxtilə çox izlənən “Yaxşı Cazibə” (2010-2012-ci il istehsalı) serialının əsas qəhrəmanlarından biri azərbaycanlı qadın idi. Cazibə bütün serial boyu vicdanlı, səmimi, fədakar kimi xarakterizə edilsə də, nədənsə, ssenaristlər finalda azərbaycanlı qadını maddi maraqlar naminə ailə quran, bu məqsədlə müxtəlif millətdən kişilərə-ingilisə, yapona fırıldaq gələn personaja çevirdi.

Başqa bir nümunə: “Muhteşem Yüzyıl” serialında Səfəvi hökmdarları Şah İsmayıl Xətai və I Təhmasibi ələ salan səhnələr kifayət qədər idi.  

Bunlar əsla təsadüfi yaradıcılıq prosesi deyil. Bu, cəmiyyətdə azərbaycanlı nüfuzunu aşağı salmağa, ümumtürk həmrəyliyinə kölgə salmağa hesablanmış "yumşaq güc" manipulyasiyasıdır. Ekranlardan şüuraltı olaraq ötürülən bu cür mənfi obrazlar Türkiyə cəmiyyətində Azərbaycana qarşı qərəzli münasibətin formalaşmasına xidmət edir.

Suveren qərarlarımız necə hədəf alınır?

Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasət, suveren hüquqlarına əsaslanan qərarları və dünyəvi dövlət quruluşu bəzi media orqanları tərəfindən illərdir ki, davamlı olaraq hədəfə alınır.

Xüsusilə ölkəmizin qlobal iqtisadi layihələrinin əsas lokomotivi olan SOCAR-ın xaricdəki ofis və müəssisələrinə qarşı təşkil edilən məqsədli radikal etirazlar bu genişmiqyaslı etibarsızlaşdırma kampaniyasının tərkib hissəsidir.
 

Bu proseslərin arxasında dayanan qüvvələrin ideoloji kökləri diqqətdən yayınmamalıdır. Məsələnin kökündə hələ də müxtəlif adlar altında öz şəbəkələrini və təsir imkanlarını qoruyub saxlamağa çalışan nurçu-islamçı ideologiyaya xidmət edən AKP-yə yaxın dairələr, eləcə də neo-Osmanlıçı ideoloji qanadı təmsil edən radikal qruplar dayanır.


Onların əsas məqsədi Azərbaycanın müstəqil, dünyəvi və öz milli maraqlarına söykənən siyasətini ləkələmək, qardaş ölkələr arasındakı etimad mühitini zədələməkdir.

Məsələ Oktay Saralla bitmir...

Bir məmurun vəzifədən uzaqlaşdırılması Türkiyədə Azərbaycana qarşı aparılan sistemli qarayaxma kampaniyası problemini həll etmir. İki ölkə arasındakı qardaşlıq münasibətlərini qorumaq üçün Türkiyə daxilində Azərbaycana qarşı yönəlmiş bu ideoloji şəbəkələrə və manipulyativ media alətlərinə qarşı daha sərt, institusional və qətiyyətli tədbirlər görülməlidir.

Yəni, qardaşlıq hər cür siyasi manipulyasiyadan uca tutulmalı və informasiya məkanındakı bu təxribatlara birdəfəlik son qoyulmalıdır.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

Saatlıda qaz olmayacaq

Saatlıda qaz olmayacaq

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Ağdərədə POMZ minası TAPILDI

Ağdərədə POMZ minası TAPILDI

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Bu ölkədə 21 günlük karantin elan edildi

Bu ölkədə 21 günlük karantin elan edildi

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”

Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”

Qatıq hazırlayanda 1 qaşıq əlavə edin - Nə su salır, nə də turşuyur

Qatıq hazırlayanda 1 qaşıq əlavə edin - Nə su salır, nə də turşuyur

Hikmət Hacıyev: “CNN-in Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi”

Hikmət Hacıyev: “CNN-in Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi”

Dövlət icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Qızlarımızı İrana dəvət edən nazirə TARİXİ XATIRLATMA

Qızlarımızı İrana dəvət edən nazirə TARİXİ XATIRLATMA

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirildi

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirildi

Elnarə Baxış vəzifədən ayrıldı – FOTO

Elnarə Baxış vəzifədən ayrıldı – FOTO

End of content

No more pages to load

RADİO