
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 275 min 976 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və çıxarış verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, qeydiyyata alınan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb. Onlardan 51 min 427-si ilkin, 224 min 549-u isə təkrar qeydiyyat olub.
Qeydiyyata alınan əmlakların 81 min 239-u Bakının payına düşüb, qalanı isə bölgələrdə qeydə alınıb.
Hesabat dövründə mənzillərin qeydiyyatı 2,9 faiz, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 16,8 faiz artıb. Qeyri-yaşayış sahələri üzrə artım 11,6 faiz, qeyri-yaşayış binaları üzrə isə 9,3 faiz təşkil edib.
Bundan başqa, 9 ay ərzində 49 min 646 ipoteka və 5 min 692 icarə və istifadə hüququ ilə bağlı yüklülük qeydiyyata alınıb.
Daşınmaz əmlak obyektləri üzrə 193 min 414 texniki pasport da hazırlanıb.
Bizim.Media