Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
 

“Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir”, - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir.


“Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır”, – deyə o əlavə edib.

Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqların və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.

Çıxışında sağlamlığın emosional tərəfinə və onun insanın fiziki vəziyyəti ilə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən Leyla Əliyeva bildirib:

“Biz xərçəng xəstəliyini öyrənməyə davam edərkən sağlamlığın emosional tərəfini diqqətdən kənarda qoymamalıyıq. Beynimizlə bədənimiz arasındakı əlaqə çox dərindir. Emosional sarsıntıların, stresin və ətraf mühitin sağlamlığımıza necə təsir etdiyini hələ də araşdırmalıyıq”.

Uşaqların ətraflarında baş verənlərə xüsusilə həssas olduqlarını, valideynlərin emosional vəziyyətinin və ailədəki mühitin onlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib:

“İbn Sinanın da qeyd etdiyi kimi, xəstəliyi müalicə edərkən onun səbəblərini nəzərə almaq lazımdır”, – deyə Leyla Əliyeva bildirib.
 

Vurğulanıb ki, tibbi müalicə üsullarının inkişafı ilə yanaşı, uşaqlara psixoloji dəstəyin göstərilməsinə də diqqət yetirilməli, hər bir uşağın sevgi, hörmət və anlayışla əhatə olunması təmin edilməlidir.


Sonda uşaqların həyat şəraitinin yaxşılaşdırılması naminə çalışanlara təşəkkür edən Leyla Əliyeva uşaqların yalnız zəruri müalicə almalarının deyil, həm də dolğun həyat yaşamaq imkanı əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılış mərasimində, həmçinin Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov çıxış ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

26 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

26 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

İki avtobusun hərəkəti DƏYİŞDİRİLDİ

İki avtobusun hərəkəti DƏYİŞDİRİLDİ

General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”

General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”

End of content

No more pages to load

RADİO