Ötən gün qəfil vəfat edən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi, 41 yaşlı Vüsal İbrahimov bu gün Gəncə şəhərindəki qəbiristanlıqların birində torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhum Vüsal İbrahimov avqust ayından mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis göndərilmişdi.
Xatırladaq ki, ötən gün V. İbrahimovun Şamaxıda yaşadığı evdə meyiti tapılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.