Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq adi diplomatik əlaqələrin çərçivəsinə sığmır. İqtisadiyyat, xüsusilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq strateji tərəfdaşlığın ən yüksək nümunəsinin formalaşmasına zəmin yaradıb.

Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bunun ən aydın siyasi göstəricisidir.Bu qərar Azərbaycanın regiondakı rolunun artdığını təsdiqləyir və Xəzərin hər iki sahilindəki ölkələrin ortaq maraqlarını vahid platformada birləşdirməyə şərait yaradır. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşündəki çıxışı da bu yanaşmanın əsas istiqamətlərini aydın göstərdi.

Son illərdə Azərbaycan–Türkmənistan münasibətləri yüksək templə inkişaf edir: ötən ildən bəri ən yüksək səviyyədə artıq beş səfərin keçirilməsi siyasi dialoqun intensivliyini və qarşılıqlı etimadın möhkəmliyini göstərir. Türkmənistanla bu yaxın tərəfdaşlıq Bakının bütövlükdə Mərkəzi Asiya ölkələri ilə qurduğu əlaqələrin uğurlu nümunəsinə çevrilib və bu istiqamətdəki məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi, ötən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya formatının tamhüquqlu üzvü oldu. Dövlət başçısı çıxışında vurğuladı ki, bu tarixi qərar yekdilliklə dəstəklənib və bu, Azərbaycanın region ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.
 

Əlaqələrin inkişafı konkret rəqəmlərdə də görünür. Ötən il Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəmiz 50 faizdən çox artıb. Bu gün ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb, bu fondların hər birinin kapitalı yüz milyonlarla dollardır.


Prezident bu potensialdan daha fəal istifadə olunmasını, yeni istehsal müəssisələrinin qurulmasını və sənaye əməkdaşlığının genişləndirilməsini vacib saydı. Mesaj aydındır: ticarətlə kifayətlənməməliyik. Birlikdə investisiya qoymalı, birlikdə istehsal etməli və xarici bazarlara birlikdə çıxmalıyıq.

Tərəfdaşlığın əsas sahələrindən biri nəqliyyatdır. Xəzərin hər iki sahilindəki infrastruktur Mərkəzi Asiyanı Azərbaycanla, sonra isə beynəlxalq bazarlarla birləşdirmək üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycan dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına böyük sərmayə qoyub və bu gün Xəzər vasitəsilə daşımaların həcmində nəzərəçarpacaq artım müşahidə olunur. Ortaq məqsəd bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.

Orta Dəhliz üzrə tranzit yükdaşımalar ötən il 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Nəqliyyatla yanaşı, “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı üzrə işlər də gedir. Beləliklə, əməkdaşlıq yalnız yük daşımaqla bitmir, məlumat və rəqəmsal xidmətlərin ötürülməsində də yeni imkanlar açılır.

Enerji bu tərəfdaşlıqda xüsusi yer tutur. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rolu oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində də əməkdaşlıq genişlənir: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik.

Bu münasibətlərin gücünü təkcə iqtisadi göstəricilərlə ölçmək olmaz. Mərkəzi Asiya ölkələrinin azad edilmiş ərazilərimizin bərpasına verdiyi dəstək tərəfdaşlığın mənəvi tərəfini göstərir.

Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Türkmənistanın Füzulidə tikdiyi məscidin təməli ötən il birgə qoyulub. Bu, xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.

Bütün bunların davamlı olması üçün sülh, təhlükəsizlik və siyasi-iqtisadi sabitlik qorunmalıdır. Prezident çıxışında məhz bunu bütün nailiyyətlərin təməli və gələcək inkişafın təminatı adlandırdı. Əməkdaşlığın geosiyasi əhəmiyyəti ayrı-ayrı enerji və nəqliyyat layihələrindən çox-çox böyükdür. Söhbət regionun dünya iqtisadiyyatındakı rolunu gücləndirən, ölkələri bir-birindən daha asılı edən uzunmüddətli tərəfdaşlıq modelindən gedir.

Əsas məsələ yaranmış imkanları davamlı nəticəyə çevirməkdir. Bunun üçün siyasi həmrəylik iqtisadi tərəfdaşlıqla möhkəmləndirilməli, investisiyalar artırılmalı, birgə istehsal təşviq edilməli, nəqliyyat imkanlarından daha səmərəli istifadə olunmalıdır. Azərbaycanın regional əməkdaşlıqdakı artan rolu da məhz bu yanaşma ilə güclənir: etibarlı tərəfdaşlıq, qarşılıqlı fayda və uzunmüddətli strateji baxış əsasında.

Əlibala Məhərrəmzadə

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Dördüncü arvadından da boşandı

Dördüncü arvadından da boşandı

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

End of content

No more pages to load

RADİO