İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO/VİDEO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.

Bizim.Media xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.

Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq. Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.

Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.

Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.

X X X

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov dedi:

-Hörmətli İlham Heydər oğlu, Azərbaycanı və Çeçenistan Respublikasını daim bir çox cəhətlər birləşdirir. Şəxsən mənim üçün bu, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın Çeçenistan Respublikasının birinci Prezidenti Əhməd Kadırov arasında qardaşlıq münasibətidir.

Allah onların hər ikisinə rəhmət eləsin. Onların hər ikisi sülh, sabitlik və mehriban qonşuluq münasibətləri üçün səy göstərirdi, bu səbəbdən mən buraya qonşulara deyil, qardaşlara səfərə gəlmişəm.

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək.

Bu günlərdə Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Sizin idmançıları layiqli nəticələr münasibətilə təbrik etmək istəyirəm. Çeçenistan Respublikasında Vladimir Vladimiroviç Putin adına cüdo üzrə Olimpiya Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Əminəm ki, birgə idman tədbirləri faydalı olacaq.

İlham Heydər oğlu, səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan xalqına səmimi-qəlbdən sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

Səmimi qəbula görə bir daha sağ olun.

X X X

Prezident İlham Əliyev dedi:

-Xoş sözlərinizə görə sağ olun. Bir daha xoş gəlmisiniz. Siz çox düzgün qeyd etdiniz ki, bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər.

Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir.

Sizi bir daha təbrik edirəm. Müşahidələrimə, gördüklərimə və mənə edilən məruzələrə əsasən sizin rəhbərliyinizlə Çeçenistan Respublikasının necə sürətlə inkişaf etdiyini bilirəm. Bu, bizi səmimi-qəlbdən sevindirir. Siz sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial inkişaf üzrə çox böyük uğurlar qazanmısınız.

Siz Azərbaycana ilk dəfə səfər etmirsiniz. Bilirəm ki, Azərbaycan sizin üçün yaxın ölkədir. Əminəm ki, sizi gələcəkdə də Azərbaycanda tez-tez görə biləcəyik. Bir daha xoş gəmisiniz.
Çeçenistanın başçısı Ramzan Kadırov: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.



















 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Dördüncü arvadından da boşandı

Dördüncü arvadından da boşandı

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

End of content

No more pages to load

RADİO