Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - FOTO

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.

Bizim.Media  xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib.

“Hörmətli Sərdar Qurbanquliyeviç. Hörmətli dövlət başçıları. Əziz dostlar.

Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm.

Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.

Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.

Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.

Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.

Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.

Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.

Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.

Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.

Diqqətinizə görə təşəkkür edirəm”.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 min nəfəri keçdi - VİDEO

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 min nəfəri keçdi - VİDEO

Trampın reytinqi tarixi minimuma düşdü

Trampın reytinqi tarixi minimuma düşdü

Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Fars körfəzi ölkələri İrandan dəymiş ziyanı ödəməsini tələb etdi

Fars körfəzi ölkələri İrandan dəymiş ziyanı ödəməsini tələb etdi

"Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi - VİDEO

"Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi - VİDEO

Zelenski: "Ukrayna ordusu Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad edib"

Zelenski: "Ukrayna ordusu Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad edib"

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Türkiyənin iki çarter reysi Rusiyaya eniş edə bilmədi - 400-dən çox sərnişin ÇƏTİN DURUMDA

Türkiyənin iki çarter reysi Rusiyaya eniş edə bilmədi - 400-dən çox sərnişin ÇƏTİN DURUMDA

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Çin bunu da bacardı: Robot at - VİDEO

Çin bunu da bacardı: Robot at - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

End of content

No more pages to load

RADİO