Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Azərbaycan Süni İntellekt İnstitutu ilə Türkiyə Cümhuriyyətinin ilk dövlət ali təhsil müəssisəsi olan Ankara Universitetinin Yapay Zeka Enstitüsü (Süni İntellekt İnstitutu) və Ankara Universiteti Sürekli Eğitim Mərkəzi (ANKÜSEM) arasında beynəlxalq təhsil və akademik əməkdaşlıq protokolu imzalanıb.

Bizim.Media-nın məlumatına görə, Bakı şəhərində imzalanan sənəd süni intellekt və data elmləri sahəsində qlobal təhsil standartlarına cavab verən birgə ixtisaslaşma proqramlarının təşkilini, elmi-metodoloji təcrübə mübadiləsini və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Azərbaycan Süni İntellekt İnstitutunun Süni İntellekt Mühəndisliyi (AI Engineering), Süni İntellekt Əsaslı Data Analitikası (Data Analytics) və Generativ Süni İntellekt (Generative AI) istiqamətləri üzrə intensiv tədris və ixtisasartırma proqramları Ankara Universitetinin aidiyyəti qurumları tərəfindən rəsmi akkreditasiya olunub.

Tədris sillabusları və fənn modulları birbaşa Ankara Universiteti Yapay Zeka Enstitüsünün və ANKÜSEM-in akademik heyəti tərəfindən təsdiqlənir və proqram çərçivəsində azərbaycanlı müəllimlər ilə yanaşı tələbələr üçün universitetin professor-müəllim heyətinin iştirakı ilə xüsusi akademik ustad dərsləri və elmi vebinarlar təşkil edilir.
 

Tədris prosesinin yekununda iştirakçıların praktik mühəndislik səriştəsi onların hazırladıqları tətbiqi bitirmə layihələri (Capstone Project) və kod bazalarının Ankara Universitetinin ekspertləri və yerli mütəxəssis heyəti tərəfindən qiymətləndirilməsi əsasında təsdiqlənəcək. Proqramın akademik tələblərini uğurla yerinə yetirən məzunlar Ankara Universitetinin rəsmi bazasında qeydiyyata alınan beynəlxalq statuslu ixtisaslaşma sertifikatı ilə təltif olunacaqlar.


Azərbaycan Süni İntellekt İnstitutundan bildirilib ki, beynəlxalq tərəfdaşlığın əsas prioriteti nəzəri təlim modelindən çıxaraq, mütəxəssisləri real sənaye tələblərinə cavab verən praktik mühəndislik səviyyəsinə çatdırmaqdır.

Ankara Universitetinin köklü akademik təcrübəsi və ixtisaslaşmış elmi mərkəzlərinin dəstəyi ilə həyata keçirilən bu layihə ölkəmizin insan kapitalının və rəqəmsal ekosisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, yerli kadrların qlobal əmək bazarında mövqelərinin möhkəmlənməsinə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənən və rəhbərlik edilən ölkəmizin süni intellekt və aidiyyəti sahələrdə rəqəmsallaşma siyasətinə xidmət edəcək.
 

İxtisaslaşma proqramları həm fərdi qaydada texnologiya sahəsində karyera qurmaq istəyən mütəxəssislər, gənclər və tələbələr, həm yerli ali təhsil müəssisələri ilə akademik tərəfdaşlıq modelləri çərçivəsində müəllim və tələbələr, həm də özəl və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində yetkin şəxslər üçün nəzərdə tutulub.


Yüksək tədris standartlarını təmin etmək məqsədilə dərslərə qəbul riyazi-məntiqi seçim mərhələsi və ilkin müsahibə əsasında aparılır. Tədris proqramları, sillabuslar və qeydiyyat şərtləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər institutun rəsmi internet səhifəsinə (ai-institute.az) və sosial media hesablarına (@ai.edu.az) müraciət edə bilərlər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edildi - FOTO

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edildi - FOTO

Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Təbiətə 200 min manata yaxın ziyan vuruldu

Təbiətə 200 min manata yaxın ziyan vuruldu

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO

Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO

İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu - VİDEO

Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Bakıda yeni metro stansiyasının adı “20 sentyabr” OLACAQ

Bakıda yeni metro stansiyasının adı “20 sentyabr” OLACAQ

32 avtobusun hərəkət sxemi dəyişdirildi – SİYAHI

32 avtobusun hərəkət sxemi dəyişdirildi – SİYAHI

SON DƏQİQƏ! Ukrayna Təhlükəsizlik Xidmətinin binası dronla vuruldu – ANBAAN VİDEO

SON DƏQİQƏ! Ukrayna Təhlükəsizlik Xidmətinin binası dronla vuruldu – ANBAAN VİDEO

Mələkxanım Eyubova qızı ilə -Video

Mələkxanım Eyubova qızı ilə -Video

Məktəbini dəyişən şagirdlərin sayı AÇIQLANDI – RƏSMİ

Məktəbini dəyişən şagirdlərin sayı AÇIQLANDI – RƏSMİ

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi- Foto

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi- Foto

Çaxmaqla təchiz edilən ilk smartfon -FOTO

Çaxmaqla təchiz edilən ilk smartfon -FOTO

Nazirlikdə ayılarla bağlı görüş keçirildi– FOTO

Nazirlikdə ayılarla bağlı görüş keçirildi– FOTO

Acun Ilıcalı gənc qalma sirrini açıqladı

Acun Ilıcalı gənc qalma sirrini açıqladı

End of content

No more pages to load

RADİO