Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Yardımlı rayonunda arxeoloji qazıntılar zamanı cavan insana aid olduğu ehtimal edilən insan sümükləri aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının apardığı tədqiqatlar rayonun yüksək dağlıq ərazisində yerləşən Ögü kurqanında həyata keçirilir.

12 nəfərlik arxeoloji heyət qazıntılara avqustun sonlarından başlayıb.

Təxminən 40 santimetr dərinlikdə insan skeleti ilə yanaşı saxsı qab fraqmentləri də üzə çıxarılıb. Ərazidə daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tapılıb.

Arxeoloqların ilkin qənaətinə görə, kurqan e.ə. IX-X əsrlərdə də istifadə olunub. Antropoloji araşdırmalar zamanı aşkarlanan sümüklərin cavan insana, ehtimal ki, qadına aid olduğu bildirilib. Sümüklərin və kəllənin bərpasından sonra daha dəqiq nəticələrin əldə ediləcəyi gözlənilir.

Tədqiqatçılar insan qalıqlarında diş daşı və fiziki stress markerlərinin olduğunu bildirirlər. Bu əlamətlərin həmin şəxsin dağlıq ərazidə intensiv hərəkət etdiyini göstərə biləcəyi qeyd olunur.

Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqanlardan biridir. Ətraf ərazidə bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb.

Arxeoloji qazıntıların davam etdirilməsi nəticəsində bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların dəfn adətləri, məişəti və həyat tərzi barədə yeni məlumatların əldə olunacağı gözlənilir.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edildi - FOTO

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edildi - FOTO

Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Təbiətə 200 min manata yaxın ziyan vuruldu

Təbiətə 200 min manata yaxın ziyan vuruldu

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO

Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO

İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu - VİDEO

Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Bakıda yeni metro stansiyasının adı “20 sentyabr” OLACAQ

Bakıda yeni metro stansiyasının adı “20 sentyabr” OLACAQ

32 avtobusun hərəkət sxemi dəyişdirildi – SİYAHI

32 avtobusun hərəkət sxemi dəyişdirildi – SİYAHI

SON DƏQİQƏ! Ukrayna Təhlükəsizlik Xidmətinin binası dronla vuruldu – ANBAAN VİDEO

SON DƏQİQƏ! Ukrayna Təhlükəsizlik Xidmətinin binası dronla vuruldu – ANBAAN VİDEO

Mələkxanım Eyubova qızı ilə -Video

Mələkxanım Eyubova qızı ilə -Video

Məktəbini dəyişən şagirdlərin sayı AÇIQLANDI – RƏSMİ

Məktəbini dəyişən şagirdlərin sayı AÇIQLANDI – RƏSMİ

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi- Foto

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi- Foto

Çaxmaqla təchiz edilən ilk smartfon -FOTO

Çaxmaqla təchiz edilən ilk smartfon -FOTO

Nazirlikdə ayılarla bağlı görüş keçirildi– FOTO

Nazirlikdə ayılarla bağlı görüş keçirildi– FOTO

Acun Ilıcalı gənc qalma sirrini açıqladı

Acun Ilıcalı gənc qalma sirrini açıqladı

End of content

No more pages to load

RADİO