Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb".

Bizim.Media xəbər verir ki, bu haqda DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib.

Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97,71 faizi dolub. Cəmi 1393 plan yeri, yəni təxminən 2 faiz yer boş qalıb.

M.Abbaszadə ayrı-ayrı ixtisas qrupları üzrə nəticələri də açıqlayıb.

I ixtisas qrupu üzrə plan yerlərinin 97,34 faizi dolub, 528 yer boş qalıb.

II ixtisas qrupu üzrə plan yerlərinin 98,87 faizi dolub, 180 yer boş qalıb.

III ixtisas qrupu üzrə ən yüksək dolma göstəricisi qeydə alınıb.
 

Bu qrupda plan yerlərinin 99,87 faizi dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin əksəriyyətində qəbul balının 600-dən yüksək olması tələb olunur. Bunun əsas səbəbi həmin bal aralığında nəticə göstərən abituriyentlərin böyük hissəsinin ilk yerləşdirmə mərhələsində ali təhsil müəssisələrinə qəbul olunmasıdır.


IV ixtisas qrupu üzrə plan yerlərinin 92,38 faizi dolub, 383 yer boş qalıb.

V ixtisas qrupu üzrə isə plan yerlərinin 93,84 faizi dolub və 282 yer boş qalıb.

Bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər.

Ümumilikdə tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub. Dörd ali təhsil müəssisəsində dolma göstəricisi 99 faiz, daha dördündə isə 98 faiz təşkil edib. Ümumilikdə 34 ali təhsil müəssisəsində plan yerlərinin dolma göstəricisi 95 faizdən yüksək olub.

Məleykə Abbaszadə bildirib ki, bu göstəricilər abituriyentlərin ixtisas seçimində davranışını, ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, eləcə də plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi göstərir.

Onun sözlərinə görə, əlavə yerləşdirmə zamanı boş plan yerinin olması həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtlərdəndir.

DİM rəhbəri qəbul olunan abituriyentlərə elektron qeydiyyatla bağlı da xəbərdarlıq edib.

Belə ki, ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarix 8 sentyabr saat 18:00-dır. Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildikləri ixtisasdan imtina kimi qiymətləndirilir.

Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8-15 sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.

Məleykə Abbaszadə yeni tədris ilində tələbə adını qazanan gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edildi - FOTO

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edildi - FOTO

Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Təbiətə 200 min manata yaxın ziyan vuruldu

Təbiətə 200 min manata yaxın ziyan vuruldu

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO

Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO

İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu - VİDEO

Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu - VİDEO

Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Azərbaycan və Türkiyə süni intellekt sahəsində akademik tərəfdaşlığa başlayır - FOTO

Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Bakıda yeni metro stansiyasının adı “20 sentyabr” OLACAQ

Bakıda yeni metro stansiyasının adı “20 sentyabr” OLACAQ

32 avtobusun hərəkət sxemi dəyişdirildi – SİYAHI

32 avtobusun hərəkət sxemi dəyişdirildi – SİYAHI

SON DƏQİQƏ! Ukrayna Təhlükəsizlik Xidmətinin binası dronla vuruldu – ANBAAN VİDEO

SON DƏQİQƏ! Ukrayna Təhlükəsizlik Xidmətinin binası dronla vuruldu – ANBAAN VİDEO

Mələkxanım Eyubova qızı ilə -Video

Mələkxanım Eyubova qızı ilə -Video

Məktəbini dəyişən şagirdlərin sayı AÇIQLANDI – RƏSMİ

Məktəbini dəyişən şagirdlərin sayı AÇIQLANDI – RƏSMİ

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi- Foto

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi- Foto

Çaxmaqla təchiz edilən ilk smartfon -FOTO

Çaxmaqla təchiz edilən ilk smartfon -FOTO

Nazirlikdə ayılarla bağlı görüş keçirildi– FOTO

Nazirlikdə ayılarla bağlı görüş keçirildi– FOTO

Acun Ilıcalı gənc qalma sirrini açıqladı

Acun Ilıcalı gənc qalma sirrini açıqladı

End of content

No more pages to load

RADİO