Azərbaycanın Qazaxıstandakı səfiri Əlizamin Əsgərov ölkənin xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşüb və etimadnaməsinin surətini ona təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Əsgərov "X" sosial şəbəkəsində yazıb.
"Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşmək və səfir kimi etimadnamənin surətini ona təqdim etmək mənim üçün şərəf idi", - diplomat qeyd edib.
Əsgərov vurğulayıb ki, iki qardaş ölkə arasında möhkəm və strateji əlaqələri daha da gücləndirmək imkanını səbirsizliklə gözləyir.



Bizim.Media