Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılması və sonradan emal olunması kimi hallardan asılı olaraq dəyişir.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə heyvan və quşların yetişdirilməsi, bəslənməsi, onlardan diri şəkildə məhsul əldə edilməsi, eləcə də bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. 

Məhsulun kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən ilkin formada əldə edilməsi kənd təsərrüfatı istehsalı hesab olunur.

Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azad edilib. Fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlər də müvafiq müddətə gəlir vergisindən azaddır. 

Məsələn, müəssisə 50 min manatlıq taxıl istehsal edərək buğda şəklində satışdan 10 min manat mənfəət əldə edərsə, həmin mənfəət vergidən azad olunur. Lakin buğdadan istehsal edilən unun satışından əldə olunan mənfəət eyni güzəştə şamil edilmir. Belə ki, 45 min manat mənfəətə 20 faiz dərəcə ilə 9 min manat mənfəət vergisi hesablanır.

Bundan başqa, Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsinə əsasən, kənd təsərrüfatı istehsalçılarının bu fəaliyyət üzrə satışdankənar gəlirləri, dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, eləcə də rezident hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən dörd il müddətinə mənfəət və gəlir vergisindən azad edilib.

Məsələn, kənd təsərrüfatı məhsulları istehsal edən hüquqi şəxsə dövlət büdcəsindən 20 min manat subsidiya ayrılarsa, qanunda nəzərdə tutulan güzəşt müddəti və şərtləri daxilində həmin məbləğ mənfəət vergisinə cəlb edilmir. Eyni qaydada, müvafiq şərtlərə cavab verən kənd təsərrüfatı müəssisəsinin səhmdarının bu sahə üzrə əldə etdiyi dividend gəliri də güzəştdən yararlana bilər.

ƏDV ilə bağlı güzəştlər də tətbiq olunur. 

Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, istehsalçıların özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azaddır.

Ancaq məhsulun emal edilməsi vergi öhdəliyini dəyişə bilər. Məsələn, diri inəklərin və onlardan əldə olunan südün satışına güzəşt tətbiq olunduğu halda, inək ətindən kolbasa, süddən isə pendir və qatıq istehsal edilərək satıldıqda həmin satışlar eyni güzəşt çərçivəsində qiymətləndirilmir.

Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən, heyvan və quş ətinin satışı da 2020-ci il yanvarın 1-dən yeddi il müddətinə ƏDV-dən azad edilib.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları özlərinin istehsal etdikləri məhsulların satışından əldə etdikləri hasilata görə sadələşdirilmiş vergidən də azaddırlar. 

Vergi Məcəlləsinin 218-1.1.1-ci maddəsində nəzərdə tutulan bu güzəşt 2014-cü il yanvarın 1-dən 13 il müddətinə tətbiq edilir.

Məsələn, quşçuluq müəssisəsi diri quşların satışından 40 min manat, kəsilərək konservləşdirilmiş quş məhsullarının satışından isə 30 min manat əldə edərsə, birinci məbləğ sadələşdirilmiş vergidən azad olunur. İkinci məbləğə isə ümumi qaydada 2 faiz dərəcə tətbiq edildikdə 600 manat sadələşdirilmiş vergi hesablanır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka görə 2014-cü il yanvarın 1-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Qeyd edək ki, kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, əmlakın icarəyə verilməsi kimi digər fəaliyyətlərdən gəlir əldə edən müəssisələr üçün ayrıca vergi öhdəlikləri yarana bilər. Məsələn, icarə gəlirləri ardıcıl 12 aylıq dövr ərzində 200 min manatı keçdikdə, qanunvericilikdə nəzərdə tutulan müddətdə ƏDV qeydiyyatı üçün müraciət etmək tələb oluna bilər. Belə halda müəssisənin kənd təsərrüfatı fəaliyyəti üzrə güzəştləri digər fəaliyyətindən yaranan vergi öhdəliklərini aradan qaldırmır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

End of content

No more pages to load

RADİO