Serbiyanın sabiq baş naziri və parlamentin sədri Ana Brnabiç prezident Aleksandar Vuçiçin istefasından sonra sentyabrın 28-də ölkənin müvəqqəti icraedici prezidenti (dövlət başçısı) səlahiyyətlərini icra etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu təyinatla o, Balkan regionunda prezident vəzifəsini tutan ilk cinsi azlıq nümayəndəsi kimi tarixə düşüb.
Bununla belə, bu tarixi nailiyyət ziddiyyətli məqamlarla müşayiət olunur.
Belə ki, Brnabiç bundan əvvəl 2017-ci ildə Serbiyanın ilk qadın və açıq lezbiyan baş naziri olmuşdu. Yeni təyinatı ilə o, ölkənin üç ali vəzifəsini (baş nazir, parlament sədri və prezident) tutmuş olub.
Vuçiçin oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkiləriqabağı istefası fonunda, qanunvericiliyə əsasən üç ay ərzində yeni prezident seçkiləri keçirilməlidir və Brnabićin səlahiyyəti müvəqqətidir.
Ölkə rəhbərliyində yüksək səviyyəli LGBTQ+ təmsilçiliyinə baxmayaraq, Serbiyada hələ də eynicinsli nikahlar, mülki birliklər və ya birgə övladlığagötürmə hüququ qanunla tanınmır. Bu səbəbdən yerli fəallar Brnabiçin simvolik uğurunu alqışlasalar da, qanunvericilikdə real islahatların hələ də aparılmadığını qeyd edirlər.
Bizim.Media