Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı imzalayıb.

Bu sərəncamın icrası Naxçıvanın sosial-iqtisadi həyatında yeni bir səhifə açacaq.

Abadlıq-quruculuq işlərinin növbəti mərhələsi

Çünki Naxçıvanın inkişafı Azərbaycan dövlətinin regional siyasətində həmişə xüsusi yer tutub. Bu, yalnız muxtar respublikanın sosial-iqtisadi potensialı ilə deyil, həm də onun Azərbaycanın geosiyasi, nəqliyyat və enerji xəritəsində tutduğu strateji mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyevin 12 avqust 2026-cı ildə imzaladığı  Sərəncam isə bu siyasətin yeni mərhələyə keçdiyini göstərir.

Sərəncamın mahiyyətinə diqqət etdikdə görünür ki, söhbət ayrı-ayrı infrastruktur layihələrinin maliyyələşdirilməsindən daha böyük bir prosesdən gedir. Sənəddə 2026–2027-ci illərdə Naxçıvanda alternativ və bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, yol-nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi əsas hədəflər kimi müəyyənləşdirilir. Bunun üçün ümumilikdə 258 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

258 milyon manatlıq inkişaf paketi

Sərəncamda nəzərdə tutulan vəsaitin istiqamətləri Naxçıvanın inkişafının kompleks xarakter daşıdığını göstərir.

Ən böyük maliyyə vəsaiti – 70 milyon manat  26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarının əsaslı təmirinə yönəldilir. Bu yolların yenilənməsi təkcə nəqliyyat probleminin həlli deyil, kəndlərin rayon mərkəzləri ilə əlaqəsinin yaxşılaşması, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması, turizm marşrutlarının genişlənməsi və regionda iqtisadi fəallığın artması baxımından da mühüm əhəmiyyətə malikdir.
 

Daha 66 milyon manat Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində tikilən, gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işlərinin davam etdirilməsinə ayrılır. Bu layihə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Digər mühüm istiqamət təhsildir. Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat ayrılması nəzərdə tutulur. Bundan əlavə, muxtar respublikada ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin inşası üçün 20 milyon manat vəsait ayrılır.

Bu rəqəmlər göstərir ki, Naxçıvanın inkişaf siyasətində məqsəd yalnız yolların və binaların yenilənməsi deyil, eyni zamanda insan kapitalına investisiya qoyuluşudur.

Naxçıvanın yeni enerji xəritəsi

Son illərdə Naxçıvanda enerji sektorunda mühüm layihələr həyata keçirilir. Prezidentin sərəncamında da muxtar respublikanın enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilir.
 

Artıq Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi, müxtəlif güc yarımstansiyaları inşa edilib. 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır. Eyni zamanda Naxçıvan yaşıl enerji zonası kimi inkişaf etdirilir; “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, həmçinin “Ordubad” və “Tivi” su elektrik stansiyalarının tikintisi davam etdirilir.


Bu proses Naxçıvanı yalnız enerji istehlak edən regiondan enerji istehsal edən və gələcəkdə enerji ixracı imkanları formalaşan məkana çevirmək baxımından perspektivlidir.

Sosial siyasətin yeni mərhələsi

Sərəncamın diqqətçəkən istiqamətlərindən biri də yaşayış və sosial mühitin yaxşılaşdırılmasıdır.

Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, daha 3087 mənzilli 70 binanın isə fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat ayrılması nəzərdə tutulur. Bundan başqa, 122 yaşayış binasına xidmət edən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat ayrılır.

Bu tədbirlər Naxçıvanda şəhər mühitinin yenilənməsi ilə yanaşı, insanların gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Naxçıvan yalnız tarixi deyil, gələcəyin də şəhəridir

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində 2044-cü ilədək şəhərin inkişafına dair Baş Planla tanış olması da təsadüfi deyil. Eyni zamanda, Naxçıvan Sənaye Parkının, 518 mənzilli sosial evlər kompleksinin və yeni mehmanxana kompleksinin layihələri ilə bağlı işlərə start verilməsi regionun gələcək inkişaf modelinin konturlarını göstərir.

Bu mənada 12 avqust sərəncamını ayrı-ayrı layihələrin maliyyələşdirilməsi kimi deyil, Naxçıvanın uzunmüddətli inkişaf strategiyasının növbəti mərhələsini təmin edən mühüm dövlət qərarı kimi qiymətləndirmək daha doğrudur.

Çünki Naxçıvanın gələcəyi yalnız onun tarixi irsi ilə ölçülməyəcək. Bu qədim diyarın gələcək gücü müasir sənaye, yaşıl enerji, nəqliyyat, təhsil, turizm və insan kapitalının vəhdətindən formalaşacaq.

Naxçıvanın inkişafına dövlət qayğısı

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Vüqar Bayramov deyib ki, cənab Prezidentin son Sərəncamı Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi dəstək olacaq:

“Naxçıvanın sosial-iqtisadi inkişafı hər zaman Azərbaycanda həyata keçirilən siyasətin prioritetlərindən olub. Cənab Prezidentin Naxçıvana son səfəri zamanı yeni təməlqoymalar, bir sıra obyektlərin açılışı və  Naxçıvanda görülən işlərlə tanışlıq ondan xəbər verir ki, digər bölgələrimiz kimi Naxçıvanın da inkişafı Dövlətimizin başçısının xüsusi diqqətindədir.

Son Sərəncam da bu diqqət və qayğnın bir təzahürüdür. Çünki burada yalnız iqtisadi məsələlər deyil, həm də sosial və infrastruktur istiqamətlərində Naxçıvana dəstəyin artırılması nəzərdə turulub. Bu da Naxçıvanın inkişafını stimullaşdırmaqla yanaşı, həm də Naxçıvanda yaşayan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirəcək. Xüsusilə nəzərə alsaq ki, bu ildən etibarən Naxçıvanda böyük vergi güzəştləri paketinin tətbiqinə başlanılıb. Növbəti 10 ildə bu paketdən istifadə olunacaq.

Bütün bunların fonunda son Sərəncam Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirəcək, orada yaşayan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirəcək və həm də infrastruktur baxımından Naxçıvan üçün yeni imkanlar yaradacaq”.

Muxtar respublika üçün yeni dönəm başlayır...

Göründüyü kimi Naxçıvan bu gün yeni mərhələnin astanasındadır. 258 milyon manatlıq yeni maliyyə paketi isə həmin mərhələnin iqtisadi və sosial dayaqlarından biridir.

Tarixin Naxçıvana verdiyi böyük mirası gələcəyin imkanları ilə birləşdirmək indi əsas vəzifədir. Prezidentin son sərəncamı göstərir ki, dövlət siyasətinin hədəfi Naxçıvanı yeni iqtisadi və geosiyasi reallıqlara uyğun şəkildə daha güclü, müasir və rəqabətqabiliyyətli məkana çevirməkdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Zelenski tennis oynadı – FOTO

Zelenski tennis oynadı – FOTO

Elmira Rəhimova 85 yaşında!

Elmira Rəhimova 85 yaşında!

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Cəlilabadın 35 kəndi işıqsız qalıb

Cəlilabadın 35 kəndi işıqsız qalıb

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

End of content

No more pages to load

RADİO