İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində müsahibəsində söylədiyi fikirlər, səsləndirdiyi bəyanatlar Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, “interpressnews.ge”, “1tv.ge”, “bpn.ge” informasiya portalları və televiziyaları dövlətimizin başçısının İkinci Qarabağ müharibəsində Ermənistanın təslim olması, Azərbaycanın enerji siyasəti, eləcə də Ermənistan AES-in region üçün yaratdığı təhlükələr barədə fikirlərindən materiallar dərc ediblər.

Azərbaycan Prezidentinin nitqindən gətirilən sitatda deyilir:

“İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar Üçtərəfli Bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı.

Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır”.

Digər materiallarda Prezident İlham Əliyevə istinadla deyilir ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi tədarük etmək istəyir və bunun yeganə yolu Gürcüstandan və Türkiyədən keçir:

“Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq.

Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik.Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq”.

Digər materialda isə Ermənistan AES-in yaratdığı təhlükə barədə, eləcə də Ermənistanın enerji təminatı ilə bağlı fikirlər yer alıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu məşhur layihə yenidən başlayır

Azərbaycanda bu məşhur layihə yenidən başlayır

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Sakinlər zəlzələ qurbanlarına yardımı gecikdirən merə hücum çəkdilər – ANBAAN VİDEO

Sakinlər zəlzələ qurbanlarına yardımı gecikdirən merə hücum çəkdilər – ANBAAN VİDEO

Bir ildə 75 nəfərin həyatına son qoyan BƏLA – Məsuliyyəti kim daşıyır?

Bir ildə 75 nəfərin həyatına son qoyan BƏLA – Məsuliyyəti kim daşıyır?

Konfrans Liqası: “Qarabağ” Ukrayna klubu ilə cavab oyununa çıxır

Konfrans Liqası: “Qarabağ” Ukrayna klubu ilə cavab oyununa çıxır

Sosial ödənişlərlə bağlı AÇIQLAMA

Sosial ödənişlərlə bağlı AÇIQLAMA

Sentyabrda yay geri qayıdacaq? – Hava ilə bağlı AÇIQLAMA

Sentyabrda yay geri qayıdacaq? – Hava ilə bağlı AÇIQLAMA

Alimlər xərçəngin yayılmasına təsir edə biləcək qidanı açıqladı

Alimlər xərçəngin yayılmasına təsir edə biləcək qidanı açıqladı

Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir

Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir

Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT

Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT

İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO

İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO

Putin ilk dəfə Kuril adalarına getdi- Yaponiyadan etiraz – VİDEO

Putin ilk dəfə Kuril adalarına getdi- Yaponiyadan etiraz – VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

32 ölkə İranla bağlı bəyanat yaydı

32 ölkə İranla bağlı bəyanat yaydı

Elnur Məmmədovun ailəsində - Ağır itki

Elnur Məmmədovun ailəsində - Ağır itki

DYP-dən piyadalara MÜRACİƏT

DYP-dən piyadalara MÜRACİƏT

Gəncədə AĞIR QƏZA – Ölən var

Gəncədə AĞIR QƏZA – Ölən var

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO