“Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
“Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün noyabrın 12-də mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq.
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin”, - Prezident vurğulayıb.
Bizim.Media