Korsika Assambleyası Fransanın siyasi gündəminin alətinə çevrilməməlidir – BƏYANAT

Bakı Təşəbbüs Qrupu (BTQ) Korsika Assambleyasının qondarma “Artsax Respublikası” və Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb olunmuş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin qanunvericilik təşəbbüsünü qətiyyətlə pisləyir.

Bizim.Media xəbər verir ki, bu barədə BTQ-nin bəyanatında bildirilib.

Bəyanatda, həmçinin deyilir: "Bu, birtərəfli, təxribat xarakterli və siyasi motivlərlə hazırlanmış təşəbbüsdür. Suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə zidd olan bu təşəbbüs rəsmi Paris tərəfindən irəli sürülən geosiyasi narrativləri təkrarlayır.

Bu təşəbbüsü dəstəkləyən şəxslərin davranışı Korsika xalqının siyasi iradəsinin müstəqil ifadəsi kimi qiymətləndirilə bilməz. Onlar Fransanın xarici siyasət gündəmini ötürən vasitələr kimi çıxış etməyi seçərək, Korsikanın milli maraqlarını, dilini, mədəniyyətini və kimliyini müdafiə etməli olan nümayəndələrdən daha çox, Parisin siyasi alətlərinə – faktiki olaraq marionetlərinə çevriliblər.
 

Bu mövqenin ikiüzlülüyü xüsusilə diqqət çəkir. Minlərlə kilometr uzaqda öz müqəddəratını təyinetmə hüququndan yüksək səslə danışan eyni siyasi dairələr, Korsikanın özündə Korsika xalqının ən elementar dil və siyasi hüquqlarını təmin etmək istəmir.


Fransa Konstitusiyasının 2-ci maddəsinə əsasən, fransız dili respublikanın yeganə rəsmi dilidir. Fransa məhkəmə orqanları Korsika və fransız dillərinin həm Korsika Assambleyasında müzakirə dili, həm də Korsika İcra Hakimiyyətinin işçi dilləri kimi tanınmasını nəzərdə tutan müddəaları ləğv edib.

2025-ci ilin iyun ayında isə Fransa Dövlət Şurası Korsika hakimiyyət orqanlarının həmin qərarlardan verdiyi apellyasiya şikayətininin qəbul olunmasında imtina edib.

Bundan əlavə, Fransa 1999-cu ildə Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalasa da, bu günədək onu ratifikasiya etməyib. Avropa Şurası Korsika dilini Xartiyanın əhatə etdiyi tarixi regional dillərdən biri kimi açıq şəkildə tanıyır.

Cənubi Qafqazla bağlı təşəbbüslər qəbul etməzdən əvvəl həmin nümayəndələr bir neçə suala cavab verməlidirlər:

- Nə üçün onlar Korsika dilinə bərabər institusional status verməkdən imtina edən dövlətə tabe olaraq qalırlar?

- Nə üçün rəsmi Paris tərəfindən həyata keçirilən mərkəzləşdirici və məqsədyönlü assimilyasiya siyasətinə qarşı eyni qətiyyəti nümayiş etdirmirlər?

- Nə üçün xaricdə dekolonizasiya ritorikasından istifadə etdikləri halda, Korsikanın kimliyi, təhsili, dili və siyasi qərarverməsi üzərində Fransa hökmranlığının davam edən nəticələrini görməzlikdən gəlirlər?
 

BTQ Korsika xalqı ilə Fransa hökumətinin maraqlarına xidmət edən və Korsikanın milli maraqlarını müdafiə etmək əvəzinə Parisə siyasi itaəti seçən şəxslər arasında aydın fərq qoyur.


Korsika xalqı Korsika dilini qoruyan, Korsika mədəniyyətini yaşadan və xalqın öz siyasi gələcəyini müəyyən etmək hüququnu ardıcıl şəkildə müdafiə edən nümayəndələrə layiqdir, Fransa xarici siyasətinin alətlərinə çevrilmiş nümayəndələrə deyil.

BTQ Korsika Assambleyasını diqqətini, ilk növbədə, Korsika xalqının həll olunmamış hüquqlarına yönəltməyə çağırır.

Assambleya Fransadan aşağıdakıları tələb etməlidir:

- Korsika dilinin tam institusional tanınması;

- Onun təhsil, idarəetmə və ictimai həyatda maneəsiz istifadəsinə təminat verilməsi;

- Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasının ratifikasiya edilməsi;

- Korsika xalqının milli kimliyinin və mədəniyyətinin qorunması;

- Korsika xalqının siyasi iradəsinə və öz müqəddəratını təyinetmə hüququna həqiqi hörmət göstərilməsi.
 

BTQ Korsika Assambleyasını siyasi və institusional müstəqilliyini qorumağa və Fransa dövlətinin milli gündəmini irəli aparan bir alətə çevrilməsinə imkan verməməyə çağırır.


Korsika xalqının nümayəndə orqanı olaraq Assambleya, Korsika xalqının dil, mədəniyyət və siyasi hüquqlarını müdafiə etməli, Korsikanın kimliyini və arzularını zəiflədən siyasətlərin legitimləşdirilməsi üçün istifadə olunmasına yol verməməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO