İlham Əliyevin Qırğızıstan səfəri Mərkəzi Asiya siyasətində yeni MƏRHƏLƏDİR

“Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Yeni dünya nizamının formalaşdığı şəraitdə Türk Dövlətləri Təşkilatı daxilində birliyin möhkəmləndirilməsi qarşılıqlı səfərlər, imzalanan sənədlər və müntəzəm Zirvə görüşləri ilə real məzmun qazanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən qeyri-rəsmi Zirvə görüşləri də bu prosesə mühüm töhfə verir. Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarovla qarşılıqlı etimada əsaslanan münasibətləri əməkdaşlığa güclü dinamika qazandırıb. Son beş ildə 13 yüksəksəviyyəli qarşılıqlı səfərin həyata keçirilməsi bunun bariz göstəricisidir”.
 
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident Sadır Japarovla təkbətək görüş, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası və mətbuata bəyanatlar münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi. Sadır Japarov siyasi dialoqun ən yüksək səviyyədə olduğunu, qarşılıqlı etimadın müttəfiqlik münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğuladı.

Prezident İlham Əliyev isə müttəfiqliyin böyük məsuliyyət olduğunu bildirərək, beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində qarşılıqlı dəstəyin davam etdiriləcəyini qeyd etdi. Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitinin 200 milyon dollara çatdırılması barədə əldə olunan razılıq isə əməkdaşlığın iqtisadi məzmununu daha da gücləndirən mühüm addım oldu.
 

Hər bir səfərin əhəmiyyətini müəyyənləşdirən əsas məqamlardan birinin imzalanan sənədlər olduğunu vurğulayan V.Rəhimzadə bildirib ki, indiyədək Azərbaycan və Qırğızıstan arasında 105 sənəd imzalanıb. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində imzalanan 14 sənəd arasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” və Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarı xüsusi əhəmiyyət daşıyır.


Müttəfiqlik haqqında Müqavilə iki ölkə arasında siyasi etimadı və strateji tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Qırğızıstanla imzalanan bu sənəd Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə bağladığı üçüncü müttəfiqlik sənədidir. Bundan əvvəl Qazaxıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sənədləri, həmçinin Türkmənistan və Tacikistanla strateji tərəfdaşlıq bəyannamələri Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu gün Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsini aşaraq çoxşaxəli regional əməkdaşlıq modelinə çevrilir.

“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. Dərin tarixi və mədəni köklərə söykənən əlaqələr artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib, siyasi əməkdaşlıq iqtisadi əlaqələrin də sürətlə genişlənməsi ilə müşayiət olunur. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz, həmçinin Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Mərkəzi Asiyanın Qərb bazarlarına çıxışında əsas tranzit mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu imkanları daha da genişləndirəcək. Səfər çərçivəsində Çolpon-Atada keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü ölkəmizin regionla uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti təsdiqi oldu. Görüşün yekununda qəbul edilən Çolpon-Ata Bəyannaməsi isə siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi qiymətləndirilir”, - deyə o diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO