Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, sözügedən məktubda Maore Komitəsi Fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və Dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.

“Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparmış, böyük itkilər və qurbanlar vermişlər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan, tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və “Fransanın suverenliyi” adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu?" - məktubda bildirilib. Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunmuşdur. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır”, - məktubda bildirilib.

Məktubda vurğulanıb ki, “Fransanın Dənizaşırı əraziləri” adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur:

"Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər vardır. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir. 

Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin “özünün” Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmişdir. Qəmər adalarında milli azadlıq uğrunda aparılmış uzunmüddətli mübarizə 22 dekabr 1974-cü il tarixində öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi.

Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu".
 

Məktubda həmçinin qeyd olunub ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır:


"Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib. Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyəyə çatması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir. 

Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz. Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, Dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir". (Apa.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Monastırda sensasion kəşf

Monastırda sensasion kəşf

"Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO

"Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO

Bağında qazıntı apararkən sərvət tapdı - kilolarla qızıl...

Bağında qazıntı apararkən sərvət tapdı - kilolarla qızıl...

Şəhidin övladı vəfat etdi

Şəhidin övladı vəfat etdi

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Ağdam–Xankəndi dəmir yolu xəttində son vəziyyət –VİDEO

Ağdam–Xankəndi dəmir yolu xəttində son vəziyyət –VİDEO

"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı"

"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı"

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə təkər tullantıları olan ərazi alovlandı - VİDEO

Binəqədidə təkər tullantıları olan ərazi alovlandı - VİDEO

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Çimərliklər üçün sabahın HAVASI

Çimərliklər üçün sabahın HAVASI

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Bakıda qadın keçmiş ərini döyüb

Bakıda qadın keçmiş ərini döyüb

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

End of content

No more pages to load

RADİO