Azərbaycan və Qırğızıstan arasında tarixi RAZILAŞMA

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstana səfər edib.  

Azərbaycan lideri və birinci xanım Mehriban Əliyevanı İssıkkul Beynəlxalq hava limanında Qırğızıstan prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova milli adət-ənənəyə uyğun qarşılayıb.

Qarşılanma mərasimində Qırğız xalqının milli etnosu “Manas”ın qəhrəmanlarının personajları və milli geyimdə olan mədəniyyət işçiləri də iştirak edib. Unikal və özünəməxsus qarşılanma mərasimi Azərbaycan liderinə və dövlətimizə olan ehtiramın təcəssümüdür. Mərasimdə səsləndirilən “Yaşa mənim xalqım” mahnısı bütövlükdə Türk dünyasına göstərilən hörmətin təntənəsi idi.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa


Bu da təsadüfi deyil...

Çünki Azərbaycanla Qırğız xalqları eyni soyun daşıyıcılarıdır və bu səbəbdən də əsrlər boyu bu iki xalq bir-birinə dərin hörmət və ehtiram bəsləyiblər.

Son illərdə isə Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksək səviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərləri edib.

İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir.


2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Bişkekə dövlət səfəri zamanı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi. Səfər çərçivəsində "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum" imzalandı. Bu mexanizm iki ölkənin əməkdaşlığını ən yüksək siyasi səviyyədə koordinasiya edən platformaya çevrildi.

2024-cü ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfəri etdi. Səfər zamanı bir sıra yeni sənədlər imzalandı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların artırılması və nəqliyyat-logistika layihələrinin sürətləndirilməsi barədə razılıqlar əldə olundu. Prezidentlər iki ölkənin münasibətlərini "strateji tərəfdaşlıq" kimi qiymətləndirdilər.

Ona görə də ölkə liderlərinin qarşılıqlı səfərləri strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir və şaxələndirir.

Təsadüfi deyil ki, bu dəfəki görüşdə də qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün bir sıra sənədlər imzalanıb. Hökümət nümayəndələri ümumilikdə 10-a yaxın mühüm sənəd imzalayıb.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”

Bu sənədin imzalanması tarixi hadisədir. Müqavilənin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Qırğızıstan bir-birini etibarlı tərəfdaş və müttəfiq kimi qəbul edir, beynəlxalq münasibətlərdə qarşılıqlı dəstək göstərmək, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müdafiə etmək öhdəliyini təsdiqləyirlər. Bu yanaşma xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi proseslərin sürətlə dəyişdiyi dövrdə böyük əhəmiyyət daşıyır.
 

Müttəfiqlik münasibətləri siyasi dialoqun daha da intensivləşməsini nəzərdə tutur. Tərəflər BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda mövqelərin uzlaşdırılmasını, qarşılıqlı dəstəyin gücləndirilməsini prioritet kimi müəyyənləşdirirlər. Bu, türk dünyasında həmrəyliyin möhkəmlənməsinə də xidmət edir.


Müqavilənin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Tərəflər ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, nəqliyyat-logistika layihələrinin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və enerji sahələrində birgə layihələrin həyata keçirilməsini hədəfləyirlər. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası (Orta Dəhliz) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin tranzit imkanlarını artırır və Avropa-Asiya ticarətində onların rolunu gücləndirir.

Təhlükəsizlik sahəsində də əməkdaşlıq xüsusi yer tutur. Terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibertəhlükələr və digər müasir çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Bu, regional sabitliyin qorunmasına və təhlükəsizlik mühitinin möhkəmlənməsinə töhfə verə bilər.

Müqavilənin strateji əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu sənəd türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə, iqtisadi və siyasi əlaqələrin institusional əsaslarının möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Cənubi Qafqazda, Qırğızıstanın isə Mərkəzi Asiyada oynadığı rol nəzərə alınarsa, müttəfiqlik münasibətləri Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafına və Avrasiyada yeni əməkdaşlıq formatlarının formalaşmasına müsbət təsir göstərə bilər.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını tarixi hadisə adlandırıb:

“Bugünkü danışıqların mühüm nəticəsi Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu, Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsindən xəbər verən həqiqətən də tarixi bir hadisədir. Energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsi, eləcə də qiymətli metalların dövriyyəsi sahələrini əhatə edən sanballı ikitərəfli sənədlər paketi imzalanıb.Ticari-iqtisadi qarşılıqlı fəaliyyətin ardıcıl inkişafını və qarşılıqlı ticarət dövriyyəsinin davamlı artımını qeyd etdik. İşgüzar əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün bundan sonra da əlverişli şərait yaratmaq barədə razılığa gəldik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsə bəyan edib ki, bu sənəd Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir:

“Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".

İmzalanan sənədlər arasında Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması haqqında razılaşma da xüsusi əhəmiyyət daşıyır.
 

Nəzərə alaq ki, Fondun nizamnamə kapitalı ilkin mərhələdə cəmi 25 milyon olub. Amma ortaya çıxan yeni imkanlar nizamnamə kapitalının daha sonra 100 milyon dollara çatdırılmasını zəruri etmişdi. Bu günsə birgə investiyiyanın həcmi yarım milyard dollara çatdırılır. Bu da qısa zamanda iki ölkə arasında ticari-iqtisadi əlaqələrinin sürətlə böyüyəcəyinə təminat verir.


Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq son illərdə xeyli dərinləşib:

“Xüsusilə də yüksək səviyyəli səfərlər iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Təsadüfi deyil ki, iki ölkə arasındakı ticarət dövriyyəsində artımlar müşahidə edirik. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 93 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara çatıb.  Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 13 dəfədən çox artıb. Bütün bunlar ondan xəbər verir ki, strateji münasibətlərin dərinləşməsi ticarət dövriyyəsində ciddi artımlarla müşahidə olunub.

Strateji münasibətlərin dərinləşməsi təbii ki, ticarət dövriyyəsi ilə tamamlanmır. Eyni zamanda birgə investisiyaların işlənməsi ilə bağlı tədbirlər də xüsusi önəm daşıyır. Birgə investisiya fondunun yaradılması, qarşılıqlı sərmayələrin həyata keçirilməsi də ölkələr arasında strateji münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Bu konteksdə ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq var. Əminliklə demək olar ki, Cənab Prezidentin Qırğızıstana son səfəri iki ölkə arasında əlaqələrin dərinləşməsinə xüsusi bir töhfə verəcək. Gözlənilir ki, bütövlükdə bu səfər Azərbaycanla Qırğızıstan arasında strateji münasibətlərdə yeni səhifənin açılmasına xidmət edəcək. Bu da təbii ki, növbəti mərhələdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsi və şaxələnməsi ilə müşahidə olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO