Xəbər verdiyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Bizim.Media Anar Bayramovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ
Anar Bayramov 1975-ci ildə anadan olub.
Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
17 aprel 2025-ci ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.
14 aprel 2026-cı ildə TƏBİB-in İcraçı direktoru təyin edilib.
Bizim.Media