Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavabları dünya mətbuatının diqqət mərkəzindədir.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi Şuşa Forumuna dair yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mühüm fikirlərinə geniş yer ayırıb. Agentlik dövlətimizin başçısının Türkiyə və Azərbaycanın dünyada bir-birinə ən yaxın iki ölkə olduğuna dair fikirlərini qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin regional sabitlik və əməkdaşlıq baxımından da mühüm element olduğunu söyləyib. Agentlik dövlətimizin başçısının bu sözlərini sitat gətirir:

“Bu, həm də təhlükəsizlik baxımından vacib amildir. Çünki burada, beş il əvvəl Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq. Bu sənəd münasibətlərimizi faktiki olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Buna görə də biz yalnız qardaş və dost deyilik, həm də müttəfiqik. Birimizin başına bədbəxt bir şey gələrsə, digərimiz onu müdafiə etmək üçün hərbi potensialı da daxil olmaqla, əlindəki bütün vasitələrlə qardaşının yanında olacaq”.



Anadolu Agentliyi ilə yanaşı, Türkiyənin “TRT Avaz”, “Milliyet”, “Saray Medya”, “Haber365”, “Akşam”, “Hürriyet”, “Haber1”, “Yeni Akit”, “İhlas Haber Ajansı”, “Manşet Haber”, “Birlik” və “Haber Global” kimi digər aparıcı xəbər saytları və media platformaları da Şuşa Qlobal Media Forumunu və Prezident İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayaraq geniş materiallar yayımlayıblar.

Rusiyanın TASS İnformasiya Agentliyinin dərc etdiyi xəbərdə Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin çətin dövrünün geridə qaldığını və əlaqələrin tamamilə normallaşdığını bildirdiyi vurğulanıb. Agentlik, həmçinin Azərbaycan liderinin iki ölkə arasındakı münasibətlərin həm ikitərəfli formatda, həm də regional kontekstdə daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıdığına dair fikirlərini önə çıxarıb.


Rusiyanın “İzvestiya”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Vedomosti”, “Arqumentı i faktı”, “Vzqlyad”, “Moskovskiy komsomolets”, eyni zamanda, “RİA Novosti”, “İnterfaks”, “RBC”, “Lenta.ru”, “Parlamentskaya Gazeta”, “Novıye İzvestiya”, “Mejdunarodnaya Jizn”, “Veçernyaya Moskva” və “Vesti” kimi aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa IV Qlobal Media Forumundakı bəyanatlarını geniş işıqlandırıb. Bu mövzu rusdilli mətbuatda günün əsas beynəlxalq xəbərlərindən birinə çevrilib.

Nəşrlər dövlətimizin başçısının çıxışından xüsusilə regional təhlükəsizlik, Bakı-Moskva əlaqələri və beynəlxalq təşkilatlarla münasibətlərə dair bəyanatlarını önə çıxarıblar. Xəbərlərdə Bakı və Moskva arasında əlaqələrin tam normallaşması, “3+3” regional platformasının Cənubi Qafqaz üçün əhəmiyyəti, həmçinin Azərbaycana qarşı qərəzli yanaşmalar davam edəcəyi təqdirdə ölkənin Avropa Şurasından tamamilə çıxa biləcəyi barədə xəbərdarlığı yer alıb.



Ukraynanın dövlət informasiya agentliyi olan “Ukrinform”da, “Gordon”, “Tsenzor”, “Korrespondent”, “24tv.ua”, “Apastrof” və digər xəbər portallarında da dövlətimizin başçısının jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlərə dair xəbərlər dərc edilib. Həmin xəbərlərdə Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, Rusiya və Ukrayna arasında müharibə zamanı Avropa İttifaqına Azərbaycan təbii qazının tədarükü 65 faiz artıb və Azərbaycan hasilatı daha da artırmağa hazırdır.
 

Hazırda mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Hasilatın əhəmiyyətli dərəcədə artırılması əhəmiyyətli investisiya tələb edir. Azərbaycan da enerji ixracatını şaxələndirmək üçün çalışır və artıq Suriyaya qaz tədarükünə başlayıb və Suriya vasitəsilə Yaxın Şərq bazarlarına çıxış imkanlarını nəzərdən keçirir.


Ukrayna mediasında Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinə dair fikirlərinə dair xəbərlər də dərc edilib.

İranın “İSNA”, “Fararu”, “Mardom Salari”, “Akharin Khabar” və “Vista” kimi tanınmış media qurumları da Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını və regional məsələlərlə bağlı bəyanatlarını geniş işıqlandırıb.

Gürcüstanın “İnterpressnews”, “Ambebi”, “Newshub Georgia”, “1tv.ge”, “imedinews.ge”, “news.ge”, “resonancedaily.com”, “for.ge”, “mcm.ge”, “aktual.ge”,“interpress.ge”, “qafqazturk.com”, “24news.ge” kimi mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurası və Avropa İttifaqı ilə münasibətləri barədə fikirlərinə yer ayrılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycanın qarşıdurma axtarmadığını və normal münasibətlərə üstünlük verdiyini bildirib.



Eyni zamanda, İordaniyanın “Ammon News Agency”, “Hala News” və “Jordan Zad” mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Media Forumundakı çıxışından mühüm məqamları işıqlandırıb. Həmin media qurumları dövlətimizin başçısının Azərbaycanın əməkdaşlığı gücləndirməyə və qarşılıqlı maraq doğuran məsələləri həll etməyə yönəlmiş xarici siyasət xəttini xüsusi qeyd ediblər.

Xəbərlərdə, həmçinin Prezidentin Şuşa Forumunun yaratdığı müsbət beynəlxalq atmosferin möhkəmləndirilməsi, eləcə də ölkənin son dövrlərdə əhəmiyyəti kəskin artan coğrafi mövqeyinə uyğun olaraq regional əlaqələndirici infrastrukturun genişləndirilməsi barədə bəyanatlarına geniş yer ayrılıb.

Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışından əsas məqamlar, həmçinin Qazaxıstanın “Ulysmedia”, “Kursiv Media Kazakhstan”, “İnterfaks Qazaxıstan”, “Lada.kz” kimi xəbər agentliklərinin və saytlarının diqqət mərkəzində olub.
 

“Dispatch News Desk” xəbər agentliyində Prezident İlham Əliyevin Pakistanın Yaxın Şərqdə gərginliyin azaldılması və sülhün təmin olunmasında vasitəçilik rolunu yüksək qiymətləndirməsi, regionda təhlükəsizlik, milli maraqların qorunması və IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar işıqlandırılıb.


“Day.kg” xəbər portalında IV Şuşa Qlobal Media Forumunun açılışı, Şuşada aparılan bərpa-quruculuq işləri, forum çərçivəsində dezinformasiyaya qarşı mübarizə, media savadlılığı və süni intellekt mövzularında keçirilən müzakirələr, həmçinin Prezident İlham Əliyevin çıxışından əsas məqamlar oxucuların diqqətinə çatdırılıb.

“Nabd”, “Al Saudi News”, “Al Qubbah News”, “Rum Online”, “Ammaniyat” və “Al Mamlaka TV” media orqanlarında Prezident İlham Əliyevin İordaniya Kralı II Abdullahın Yaxın Şərqdə sülh təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirməsi, Azərbaycan-İordaniya münasibətlərinin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizlik və Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar geniş əksini tapıb.

Rumıniyanın “Mediafax” xəbər agentliyi və “İnformat.ro” xəbər portalı dövlətimizin başçısının Azərbaycanın Avropa Şurası ilə münasibətləri, regional proseslər və ölkənin xarici siyasət prioritetləri ilə bağlı fikirlərinə xüsusi diqqət ayırıb. Xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa Şurası ilə gələcək əməkdaşlıq perspektivlərinə toxunaraq, təşkilatın ölkəyə münasibətilə bağlı yaranmış vəziyyətin Bakıda ciddi narahatlıq doğurduğunu bildirib. Dövlətimizin başçısına istinadla qeyd edilib ki, mövcud şəraitdə Azərbaycan Avropa Şurasında gələcək iştirakını müxtəlif aspektlərdən nəzərdən keçirir.



Misirin “Dar Al-Hilal” nəşrində Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun qlobal medianın üzləşdiyi çağırışları əks etdirdiyini vurğulaması, medianın sülhün təşviqi, dezinformasiya ilə mübarizə və süni intellekt dövründə rolu ilə bağlı fikirləri, Azərbaycanın beynəlxalq əlaqələri, enerji siyasəti, yaşıl keçid, eləcə də Yaxın Şərqdə davamlı sülhə çağırışları geniş auditoriyaya təqdim olunub.
 

Çilinin “Radio Insular FM” və Kubanın “Prensa Latina” media orqanlarında Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və əməkdaşlığın inkişafı, Azərbaycan-ABŞ əlaqələri, Azərbaycanın Avropa Şurasından çıxma ehtimalı, AŞPA-nın Azərbaycana münasibəti və Avropa təsisatları ilə əlaqələrin normallaşdırılması ilə bağlı fikirləri ön plana çıxarılıb.


Belarusun “BelTA” Dövlət İnformasiya Agentliyində Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasından tamamilə çıxması ehtimalı və Avropa təsisatlarının Azərbaycana münasibətilə bağlı bəyanatlarına yer verilib.

Latviyanın “Inbox News” və “Delfi Latvia”, Serbiyanın “Tanjug”, “Politika”, “B92”, “Beta”, “N1 Serbia”, “RTV”, “Srpski Kompas” və “Nova Srpska Politička Misao”, eləcə də Bolqarıstanın “Eurocom TV” media orqanlarında Prezident İlham Əliyevin AŞPA-da Azərbaycanın səsvermə hüququnun bərpası ilə bağlı mövqeyi, Avropa qurumları ilə münasibətlər, Avropa İttifaqına qaz ixracının artırılması, Azərbaycan-Çin əməkdaşlığı, BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı təklifləri və Yaxın Şərqdə sülhə dair çağırışları geniş şəkildə işıqlandırılıb.



Vyetnamın “Vietnam.vn” və “Bao Quoc Te” media orqanlarında Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin tam normallaşması, Avropa Şurası və AŞPA ilə fikir ayrılıqları, eləcə də Avropa qurumları ilə münasibətlərin normallaşdırılması üçün Bakının irəli sürdüyü şərtlərlə bağlı bəyanatları oxuculara təqdim olunub.

Transmilli və qlobal media qurumlarından “Yahoo News”, “Euronews” platformasında isə Prezident İlham Əliyevin Avropa qurumları ilə münasibətlər, Yaxın Şərqdəki vəziyyətə dair fikirləri, eləcə də Şuşa Qlobal Media Forumunda sülhün təşviqində medianın rolu, dezinformasiyaya qarşı mübarizə və süni intellekt mövzularında səsləndirdiyi mesajlar geniş auditoriyaya çatdırılıb. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Naxçıvanda 2 avtomobil toqquşdu - yaralılar var

Naxçıvanda 2 avtomobil toqquşdu - yaralılar var

Azərbaycan cüdoçusu bürünc medal qazandı

Azərbaycan cüdoçusu bürünc medal qazandı

Kürdəmirdə avtomobil aşdı, beş nəfər yaralandı

Kürdəmirdə avtomobil aşdı, beş nəfər yaralandı

Azərbaycan idmançısı Gözəl Zutova dünya çempionu olub - FOTO

Azərbaycan idmançısı Gözəl Zutova dünya çempionu olub - FOTO

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

“Ajmedia.news”lə bağlı XƏBƏRDARLIQ: Saytın fəaliyyəti qanunsuz hesab edilib

“Ajmedia.news”lə bağlı XƏBƏRDARLIQ: Saytın fəaliyyəti qanunsuz hesab edilib

Güllər niyə əvvəlki kimi ətirli deyil? – Səbəbi BƏLLİ OLDU

Güllər niyə əvvəlki kimi ətirli deyil? – Səbəbi BƏLLİ OLDU

Xaricdə təhsil planı quranlara XƏBƏRDARLIQ: Vasitəçi şirkətlərə diqqət - Video

Xaricdə təhsil planı quranlara XƏBƏRDARLIQ: Vasitəçi şirkətlərə diqqət - Video

Qəbələdə qumar oynayan şəxs cərimələndi – 3 min manat

Qəbələdə qumar oynayan şəxs cərimələndi – 3 min manat

Alimlər Yerdə həyatın bir yox, iki dəfə yarana biləcəyini açıqlayıblar

Alimlər Yerdə həyatın bir yox, iki dəfə yarana biləcəyini açıqlayıblar

Məşhur aktyor “Daha 17” serialına qatıldı

Məşhur aktyor “Daha 17” serialına qatıldı

Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Sertifikasiyada az bal toplayan müəllimlərin dərs saatı azalır

Sertifikasiyada az bal toplayan müəllimlərin dərs saatı azalır

Arzu Nağıyevin ailəsində ağır itki

Arzu Nağıyevin ailəsində ağır itki

Səhər tezdən evinə qayıtdı, meyitini tapdılar - Tərtərdə müəmmalı ÖLÜM

Səhər tezdən evinə qayıtdı, meyitini tapdılar - Tərtərdə müəmmalı ÖLÜM

Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı

Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı

2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü

2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü

İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib

İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib

Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

Şirvanda dəhşətli qəza - ölən və yaralanan var- FOTO

Şirvanda dəhşətli qəza - ölən və yaralanan var- FOTO

End of content

No more pages to load

RADİO