İlham Əliyev: "907-ci düzəliş" tamamilə ləğv edilməlidir - VİDEO

"907-ci düzəliş" ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Prezident bildirib ki, Bayden də (eks ABŞ prezidenti -red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden administrasiyası zamanı çətinliklərlə üzləşib:

"Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi".

İlham Əliyev əlavə edib ki, bu gün "907-ci düzəliş" tamamilə köhnəlib:

"Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Başqa tərəfdən, Azərbaycan birtərəfli olaraq Ermənistana olan məhdudiyyətləri tam aradan qaldırıb, 40 min tondan artıq müxtəlif yüklər Ermənistana Rusiya, Qazaxıstan və digər yerlərdən daşınıb. Həmçinin Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, bu rəqəm artıq 10 min tondan artıqdır".

Prezident bir daha vurğulayıb ki, "907-ci düzəliş" tamamilə aradan qaldırlmalı və ləğv edilməlidir:

"Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı üçün, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək. Bu da o demək olacaq ki, onlar öz səhvlərini etiraf edirlər və cari geosiyasi vəziyyətə uyğun addım atırlar. Beləliklə, biz ümid edirik ki, bu baş verəcək".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək” – VİDEO

İlham Əliyev: “Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək” – VİDEO

Azərbaycan Prezidenti: Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Azərbaycan Prezidenti: Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Prezident: “Avropa Şurasından tam şəkildə çıxsaq, ölkəmizdə heç kəs bunu hiss etməyəcək” – VİDEO

Prezident: “Avropa Şurasından tam şəkildə çıxsaq, ölkəmizdə heç kəs bunu hiss etməyəcək” – VİDEO

İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən boğularaq öldü

İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən boğularaq öldü

Prezident: “Hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq”

Prezident: “Hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq”

Ağdamda sirkə turşusundan zəhərlənən şəxsin SON DURUMU

Ağdamda sirkə turşusundan zəhərlənən şəxsin SON DURUMU

İranla ABŞ arasındakı hərbi gərginlik neft bazarlarını sarsıtdı – VİDEO

İranla ABŞ arasındakı hərbi gərginlik neft bazarlarını sarsıtdı – VİDEO

İlham Əliyev: “Azərbaycan artıq orta gücə çevrilir” - VİDEO

İlham Əliyev: “Azərbaycan artıq orta gücə çevrilir” - VİDEO

Prezident: “Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır” - VİDEO

Prezident: “Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır” - VİDEO

Rusiyada hərbi aerodromları partlatmaq istəyən şəxslər TUTULDU - DETALLAR

Rusiyada hərbi aerodromları partlatmaq istəyən şəxslər TUTULDU - DETALLAR

Tarixi abidələrlə bağlı YENİ QƏRAR

Tarixi abidələrlə bağlı YENİ QƏRAR

SON DƏQİQƏ! Rusiyada 6,7 bal gücündə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Rusiyada 6,7 bal gücündə ZƏLZƏLƏ oldu

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 342 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 342 Ukrayna PUA-sı məhv edilib

Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

ABŞ senatoru Lindsi Qremin ölümünün ilkin səbəbi açıqlandı

ABŞ senatoru Lindsi Qremin ölümünün ilkin səbəbi açıqlandı

AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olundu

AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olundu

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

İlham Əliyev: “Ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib” - VİDEO

İlham Əliyev: “Ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib” - VİDEO

İlham Əliyev: "907-ci düzəliş" tamamilə ləğv edilməlidir - VİDEO

İlham Əliyev: "907-ci düzəliş" tamamilə ləğv edilməlidir - VİDEO

Prezident: “Borrelin dövründə Avropa Komissiyası ilə əlaqələrimiz tam uçuruma getmişdir”

Prezident: “Borrelin dövründə Avropa Komissiyası ilə əlaqələrimiz tam uçuruma getmişdir”

Bakı–Quba yolunda yanacaqdaşıyan maşın AŞDI: Yanğın oldu - VİDEO

Bakı–Quba yolunda yanacaqdaşıyan maşın AŞDI: Yanğın oldu - VİDEO

Bakıdakı yanğında 3 nəfər tüstüdən zəhərləndi

Bakıdakı yanğında 3 nəfər tüstüdən zəhərləndi

End of content

No more pages to load

RADİO