“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək” – VİDEO

“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı ötən il Ukraynaya verdiyi tövsiyəsini xatırladıb:

"Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiqləyirəm: münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, əməliyyatların dayandırılması üçün müəyyən dairələrin təzyiqi olub, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər verilib, təbii ki, Ukrayna xalqı və hökuməti buna razı olmadı".

İlham Əliyev öz qiymətləndirmələrinə əsasən bildirib ki, bu müharibənin dərhal dayandırılması çoxdan dərk edilməli idi:

"Artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dərhal dayandırılmalıdır. Təbii ki, bu, Azərbaycanın və mənim humanist mövqeyimdir".

Prezident bu kontekstdə Azərbaycanı misal çəkib.

"Mən vaxtilə işğaldan əziyyət çəkən dövlətin rəhbəriyəm, bizim bu mənada nadir təcrübəmiz var. Bizi də məcbur edirdilər ki, Qarabağdan imtina edək. Mən daxil Azərbaycanda heç kəs buna razı ola bilməzdi, amma bu dünyanın üç aparıcı ölkəsinin (Minsk qrupu – red.) birgə mövqeyi idi.

Onlar BMT TŞ daimi üzvləri idi, həmin mövqeyə tab gətirmək olduqca çətin məsələ idi. İkinci Qarabağ müharibəsi başlayanda onların üçü də dərhal müharibənin dayandırılmasını tələb edirdilər. Onlar bizə zəng edirdilər, hədə-qorxu gəlir, təhdid edirdilər. Tələb o idi ki, heç nə dəyişilməsin, hətta bəziləri bizə təklif edirdi ki, məsələn, Füzulini azad etdiniz, dayanın. Biz müxtəlif diplomatik üsullardan istifadə edirdik, mən XİN rəhbərini Moskvaya, Vaşinqtona, Avropaya çoxsaylı görüşlərə göndərirdim. Onların məqsədi o idi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsin, amma onlar iflasa uğradı, çünki xalqın iradəsini sındırmaq olmaz. Öz müstəqilliyini, kimliyini qorumağa çalışan xalqın iradəsini sındırmaq olmaz".

Dövlət başçısı deyib ki, Zelenskinin mövqeyinə bələddir.
 

"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o bunu ictimai şəkildə bəyan edib. Apreldə Azərbaycana səfəri zamanı da söhbətimiz oldu. İstənilən halda, Azərbaycanın mövqeyi dəyişilməzdir. Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Onun suverenliyinin və sərhədlərinin toxunulmazlığını tərəfdarıyıq. Xalqın icazəsi olmadan heç bir ölkənin sərhədləri dəyişdirilə bilməz, burada bizim mövqeyimiz ardıcıldır.


Biz Ukraynaya yardım üçün əlimizdən gələni edirik, biz bunu reklam üçün yox, səmimi qəlbdən edirik, həm dövlət səviyyəsində, həm də sıravi insanlar səviyyəsində vahid bir mövqeyimiz var ki, əziyyət çəkən xalqa, ərazi bütövlüyü pozulmuş bir ölkəyə əlimizdən gələni etməyə çalışırıq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Azərbaycan üçün yeganə potensial riski AÇIQLADI

İlham Əliyev Azərbaycan üçün yeganə potensial riski AÇIQLADI

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Buzovna çimərliyində qadın boğuldu

Buzovna çimərliyində qadın boğuldu

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Sahibkarlar üçün ƏDV hesabında YENİ imkan

Sahibkarlar üçün ƏDV hesabında YENİ imkan

Ölkəyə gətirilən mallarla bağlı YENİ TƏLƏB

Ölkəyə gətirilən mallarla bağlı YENİ TƏLƏB

İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb” – VİDEO

İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb” – VİDEO

Psixi pozuntusu olan şəxs inzibati xəta törədərsə... - Nə baş verəcək?

Psixi pozuntusu olan şəxs inzibati xəta törədərsə... - Nə baş verəcək?

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

İlham Əliyev: “Bu gün əsas gündəliyimiz Qarabağın bərpasıdır”

İlham Əliyev: “Bu gün əsas gündəliyimiz Qarabağın bərpasıdır”

Prezident: “Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik” - VİDEO

Prezident: “Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik” - VİDEO

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA- VİDEO

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA- VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Azərbaycan BU ÖLKƏ ilə də viza rejimini LƏĞV edir

Azərbaycan BU ÖLKƏ ilə də viza rejimini LƏĞV edir

End of content

No more pages to load

RADİO