Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə görüş keçirir.
Bu barədə Bizim.Media İordaniyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Qeyd edək ki, hazırda İordaniyanın xarici işlər naziri Əymən Əs-Safadi Bakıda rəsmi səfərdədir. Səfər çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
Bizim.Media