Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyunun 7-də Azərbaycanda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq gündəliyi, enerji təhlükəsizliyi, regional bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər iki ölkə arasında yüksək səviyyəli təmasların və siyasi dialoqun inkişaf etdirilməsinin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Tərəflər Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi artan rolundan bəhs edərək, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Regional bağlantı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dinamik inkişaf etdiyini, bu çərçivədə C6 əməkdaşlıq formatının yeni imkanlarını qeyd edib.

Xəzər dənizi vasitəsilə Şərq-Qərb bağlantılarının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, eləcə də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında yaradılan logistika və sənaye infrastrukturu sayəsində Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrildiyi vurğulanıb.

Tərəflər postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyini nəzərdən keçiriblər.
 

Görüş zamanı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.


Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

End of content

No more pages to load

RADİO