Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Xəbər verdiyimiz kimi, iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Zirvə toplantısında Alyansın 32 üzv dövlətinin liderləri bir araya gələcək.

Ankarada keçiriləcək NATO dövlət və hökumət başçılarının sammiti təkcə növbəti diplomatik görüş deyil, həm də müasir dünyanın dəyişən təhlükəsizlik arxitekturasını formalaşdıracaq mühüm siyasi platformadır. Rusiya-Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdə gərginliyin artması, qlobal güclər arasında rəqabətin dərinləşməsi və yeni texnologiyaların hərbi sahədə yaratdığı çağırışlar fonunda bu sammitə maraq əvvəlkilərlə müqayisədə daha yüksəkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?


Sammitin əsas gündəliyini müdafiə xərclərinin artırılması, NATO ölkələrinin müdafiə sənayesi arasında əməkdaşlığın genişləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və alyansın gələcək strateji prioritetlərinin müəyyənləşdirilməsi təşkil edir. Xüsusilə üzv dövlətlərin müdafiəyə daha çox vəsait ayırması məsələsi müzakirələrin mərkəzində dayanır.

Ankaranın ev sahibi seçilməsi də təsadüfi deyil.

Türkiyə həm Avropa, həm də Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi, Qara dəniz və Yaxın Şərqə yaxınlığı ilə NATO üçün mühüm əhəmiyyət daşıyır. Bu sammit Türkiyənin alyans daxilində rolunun və geosiyasi çəkisinin bir daha nümayiş etdirilməsi baxımından da diqqət çəkir.

Digər mühüm mövzulardan biri Ukrayna müharibəsi fonunda NATO-nun vahid mövqeyinin qorunmasıdır. Alyans ölkələri Rusiyanın yaratdığı təhlükəsizlik risklərini qiymətləndirərək hərbi hazırlığın gücləndirilməsi və müdafiə istehsalının artırılması istiqamətində yeni qərarlar qəbul etməyə çalışırlar. Bununla yanaşı, transatlantik münasibətlərdə fikir ayrılıqlarının aradan qaldırılması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi də sammitin əsas məqsədlərindəndir.

Ankara sammiti sübut edir ki, XXI əsrdə təhlükəsizlik anlayışı yalnız silahlı qüvvələrin gücü ilə məhdudlaşmır. Süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesinin inkişafı və texnoloji üstünlük də artıq hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan sammitdə yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi diqqət mərkəzindədir.

Sammitdən hansı nəticə hasil olacaq?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, çox böyük hadisədir və onun müxtəlif aspektləri var:

“Məlumdur  ki, NATO hazırda özünün böhran dövrünü yaşayır. Qurumun Nizamnaməsi və öhdəlikləri bir çox hallarda icra olunmur. Həmçinin bəzi üzv dövlətlər NATO-nun öhdəliklərinə şübhə ilə yanaşır. Bundan əlavə, üzv dövlətlər arasında daxili gərginlik mövcuddur. Məsələn, Trampın Danimarkaya qarşı bəyanatları, Yunanıstan-Türkiyə münasibətlərindəki gərginlik, Ukraynada davam edən müharibəyə və Rusiyaya qarşı münasibətdə üzv dövlətlərin fərqli baxışları buna misal ola bilər.

Bu mənada Ankara Zirvə görüşündə müzakirə ediləcək mövzular çoxdur. Təbii ki, sadaladığımız bütün problemlər bir görüşdə həllini tapmayacaq. Amma hər halda mühüm bir görüşdür”.

“Yeni mərhələ başlayacaq”
 

Müsahibimiz hesab edir ki, bizim üçün önəmli məsələ qardaş Türkiyənin Zirvə görüşündə sərgiləyəcəyi mövqe və ortaya qoyacağı iradədir:


“Tramp dəfələrlə bəyan edib ki, Türkiyə ilə bağlı onun özünəxas mövqeyi var. Əminəm ki, bu görüş çərçivəsində ABŞ və Türkiyə həm ikitərəfli, həm də çoxtərəfli formatda  münasibətlərdə yeni mərhələ başlayacaq. Xüsusilə də İsrail-Türkiyə siyasi böhranı fonunda bu olduqca vacib məsələdir. Bir sözlə, müzakirə ediləcək mövzular çoxdur. Onların hər biri böyük diqqət və təhlil tələb edir”.

Göründüyü kimi, Ankara sammitində qəbul ediləcək qərarlar təkcə NATO ölkələrinin deyil, bütövlükdə Avroatlantik məkanın təhlükəsizlik siyasətinə təsir göstərəcək. Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda bu görüş alyansın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən mühüm mərhələ kimi tarixə düşə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

End of content

No more pages to load

RADİO