Ulu Öndərin Gəncə səfəri, yatırılan qiyam – Milli Qurtuluşa gedən yolda TARİXİ ADDIM – FOTO

1993-cü ilin iyununda Azərbaycan müstəqillik tarixinin ən ağır günlərini yaşayırdı. Dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüş, Qarabağ cəbhəsində ardıcıl məğlubiyyətlər baş vermiş, ölkənin müxtəlif bölgələrində separatçılıq meylləri güclənmişdi. Vətəndaş qarşıdurması təhlükəsi isə artıq reallığa çevrilmişdi. Tarixçilərin və siyasi tədqiqatçıların əksəriyyəti həmin dövrü Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu mərhələ kimi qiymətləndirirlər.

Gəncədə başlayan böhran 1993-cü il iyunun 4-də Gəncədə yerləşən 709 saylı hərbi hissə mərkəzi hakimiyyətin əmrlərinə tabe olmadı. Hökumətin bölgəyə göndərdiyi qüvvələrlə silahlı qarşıdurma baş verdi. Nəticədə insan tələfatı qeydə alındı və ölkədə siyasi böhran daha da dərinləşdi. Silahlı dəstələr Bakıya doğru hərəkət etməyə başladı. Ölkə vətəndaş müharibəsi astanasına gəlib çatmışdı. Dövlət qurumları vəziyyətə nəzarəti itirirdi.

Həmin günlərdə Azərbaycanın bir sıra bölgələrində separatçı çağırışlar səslənir, dövlət müstəqilliyinin taleyi sual altına düşürdü. Sonralar rəsmi sənədlərdə və çıxışlarda bu dövr “Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı mərhələ” kimi xarakterizə edildi.

Xalqın tələbi: Heydər Əliyev Bakıya dəvət olunur

Yaranan vəziyyətdə ölkənin müxtəlif təbəqələrindən olan insanlar, ziyalılar və siyasi xadimlər o zamanlar Naxçıvan Ali Məclisinin Sədri olan Azərbaycanın ümummilli lideri, Heydər Əliyevə müraciət etdilər.

1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. On minlərlə insan onu hava limanında qarşıladı. Bu hadisə ölkədə yaranmış ümidsizlik şəraitində sabitliyə olan böyük ictimai tələbin göstəricisi idi.

Ulu Öndərin həyatını riskə ataraq reallaşdırdığı səfər

Hadisələrin ən mühüm məqamlarından biri Heydər Əliyevin birbaşa Gəncəyə getməsi oldu. Həmin dövrdə Gəncəyə səfər etmək ciddi təhlükə daşıyırdı. Buna baxmayaraq, Heydər Əliyev qarşıdurmanın mərkəzinə yollandı və müxtəlif tərəflərlə danışıqlar apardı. Məhz bu danışıqlar nəticəsində silahlı qarşıdurmanın genişmiqyaslı vətəndaş müharibəsinə çevrilməsinin qarşısı alındı.


Gəncədə aparılan danışıqlar ölkədə vətəndaş toqquşmasının dərinləşməsinə imkan vermədi. Bu baxımdan Gəncə təkcə siyasi böhranın baş verdiyi şəhər deyil, həm də Azərbaycanın dövlət kimi qorunmasının başlanğıc nöqtəsi hesab olunur.

15 İyun – Milli Qurtuluşun başlanğıcı Gəncədə vəziyyətin sabitləşdirilməsindən sonra siyasi proseslər sürətlə inkişaf etdi.

Tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə Bizim.Media-nın yerli bürosuna açıqlamasında həmin qarışıq və keşməkeşli günlərdə Heydər Əliyevin Gəncəyə səfər etməsini qəhrəmanlıq adlandırır:


“1993-cü il iyun ayının əvvəllərində hadisələr artıq kulminasiya nöqtəsinə çatdı. Həmin günlər müstəqillik tariximizin ən ağır səhifələrindən biri kimi yadda qalıb. Çünki mərd, qorxmaz və vətənpərvər oğul və qızlarımızın qanı bahasına qazandığımız müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Demək olar ki, hər gün cəbhə bölgəsindən gələn bədbin xəbərlər eşidilməzliyə vurulur, ölkədə baş verən silahlı qarşıdurma, qardaş qırğını getdikcə geniş vüsət alırdı.

Həmin günlərdə Gəncədə vəziyyət idarəolunmaz idi. Heydər Əliyevin rəsmi olaraq heç bir ali icraedici səlahiyyəti və xüsusi mühafizə ordusu yox idi. İstənilən an onun fiziki olaraq məhv edilməsi və ya girov götürülməsi riski mövcud idi. Amma Ümummilli lider Azərbaycanı parçalanmaqdan qorumaq və müstəqilliyinin itirilməsinin qarşısını almaq üçün hər an sui-qəsd və fiziki məhv edilmə təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, birbaşa hadisələrin mərkəzinə - Gəncəyə yollandı. Dahi şəxsiyyətin bu qorxmaz və qətiyyətli addımı Azərbaycanın indiki müstəqilliyinin əsasını qoydu”.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Bu tarix sonradan Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə düşdü. 1997-ci ildə bu günə rəsmi status verildi, 1998-ci ildən isə dövlət bayramı kimi qeyd olunmağa başladı. Tarixi sənədlərdə və həmin dövrün materiallarında qeyd olunur ki, iyun hadisələri zamanı ölkədə konstitusiya quruluşunun dağılması, dövlət hakimiyyətinin parçalanması və hətta Azərbaycanın müstəqilliyini itirməsi təhlükəsi mövcud idi.

Beləliklə Gəncəni “Qurtuluşun şəhəri” də adlandırmaq olar.

Azərbaycanın müasir tarixində bu qədim şəhərin xüsusi yeri var. Əgər 1918-ci ildə Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuşdusa, 1993-cü ildə də dövlətçiliyin qorunmasında həlledici rol oynadı.


Beləliklə tarixçilərin də qeyd etdiyi kimi, həmin günlərdə qəbul edilən qərarlar və aparılan danışıqlar olmasaydı, Azərbaycanı parçalanma, uzunmüddətli vətəndaş qarşıdurması və dövlət idarəçiliyinin tam çökməsi gözləyə bilərdi. Bu səbəbdən 1993-cü ilin iyun hadisələri təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, dövlətin xilası və milli qurtuluş mərhələsi kimi tarixə düşdü.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

End of content

No more pages to load

RADİO