"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verildi

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib.
 

Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılmasını mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond təmin etməlidir.


Fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində tətbiq edilir.

Təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatların sahibkarlıq subyektlərinə təqdim etdiyi kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 %-dir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 %-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.

Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi "Elektron kredit və zəmanət" informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənə qədər həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- 6 ay müddətində sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən ölkə Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair;

- 3 ay müddətində, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı;

Hökumət işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin məbləğini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini 1 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün 1 ay müddətində zəruri tədbirlər görməli, fərmanda nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Prezidentə məlumat verməlidir.

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO