Türkiyənin xarici işlə naziri Hakan Fidan Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.
Bizim.Media