Azərbaycan və Ermənistanın sülh prosesində nümayiş etdirdiyi iradə bölgə üçün önəmli hesab edilir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə iki ölkə arasında sülh prosesini dəstəkləyir.
Nazir əlavə edib ki, Cənubi Qafqazda sülh gücləndikcə ölkələrarası əlaqələr daha da güclənəcək.
Bizim.Media