Nazir BMT rəsmisi ilə Xəzər dənizinin səviyyəsinin azalması problemini müzakirə etdi - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə UNEP arasında əməkdaşlıq gündəliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Ceyhun Bayramov Azərbaycanın qlobal iqlim fəaliyyətinə verdiyi töhfələr, Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələr, habelə yaşıl enerji keçidi və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. UNEP rəhbəri İnqer Anderson Azərbaycanın iqlim gündəliyinin irəlilədilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və ətraf mühit sahəsində çoxtərəfli səylərə verdiyi töhfələri yüksək qiymətləndirib.


Tərəflər COP29 irsinin təşviqi, iqlim maliyyələşdirilməsi, dayanıqlı şəhərlər, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və biomüxtəliflik sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. UNEP ilə Azərbaycan arasında birgə layihələrin və praktiki əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsinin əhəmiyyəti qeyd olunub, bu çərçivədə qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.
 

Ceyhun Bayramov işğal dövründə Azərbaycan ərazilərində ətraf mühitə vurulmuş ciddi zərər, o cümlədən meşələrin kütləvi şəkildə qırılması, təbii sərvətlərin qeyri-qanuni istismarı, su ehtiyatlarının çirkləndirilməsi və ekoloji tarazlığın pozulması barədə məlumat verib. Bununla yanaşı, mina təhdidinin insanların təhlükəsizliyinə, ətraf mühitə və bərpa-quruculuq prosesinə yaratdığı maneələr diqqətə çatdırılıb.


Nazir Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı narahatlığını ifadə edərək, bu prosesin regionun ekosisteminə, biomüxtəlifliyinə, sahilyanı ərazilərə və iqtisadi fəaliyyətə göstərdiyi mənfi təsirlərə diqqət çəkib.

O, sözügedən problemin həlli istiqamətində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, elmi əsaslı yanaşmaların tətbiqinin və birgə səylərin əhəmiyyətini vurğulayıb. UNEP tərəfindən hazırlanmış "Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri" adlı hesabatın faydaları qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO