“Demokratiya” adı altında İKİLİ STANDARTLAR – Ermənistandakı seçki qanunsuzluqlarına Qərbin RİYAKAR SUSQUNLUĞU

Cəmi iki gün sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Rəsmi İrəvan dünyaya guya demokratiya nümayiş etdirməyə çalışır, Qərb institutları isə növbəti dəfə bu tamaşanın beynəlxalq legitimlik qazanması üçün səhnənin kənarında dayanıb alqışlayır. Lakin ölkədə baş verən hadisələrə diqqətlə baxdıqda ortaya tamamilə fərqli mənzərə çıxır.

Bu gün Ermənistanda seçki kampaniyası siyasi proqramların, ideyaların və platformaların yarışı deyil. Bu, hakimiyyətin inzibati resursları, xarici güclərin maliyyə və siyasi dəstəyi, hüquq-mühafizə orqanlarının imkanları və informasiya resursları üzərində qurulan sərt siyasi qarşıdurmadır. Mübarizə aparanlar da iqtidar və müxalifət partiyaları yox, Qərb və Rusiyadır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan seçkilərində ƏSAS FAKTOR – Bakı İrəvandakı siyasi gündəmi necə FORMALAŞDIRIR?


Ən maraqlısı isə odur ki, dünyanın müxtəlif ölkələrində ən kiçik seçki pozuntusunu belə "demokratiyaya təhdid" kimi təqdim edən beynəlxalq müşahidə missiyaları Ermənistanda baş verənləri görmür, daha doğrusu görmək istəmir.

Seçkiöncəsi repressiya dalğası

Seçkilər ərəfəsində Ermənistanda baş verən son hadisələr təsadüfi əməliyyat təsiri bağışlamır. Əksinə, hakimiyyətin siyasi rəqiblərə qarşı sistemli kampaniyasını xatırladır.

Təkcə son bir gündə saxlanılan şəxslərin siyahısına baxmaq kifayətdir:

Keçmiş təhsil naziri Armen Aşotyan, Brusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, prorektor Artur Ayvazyan, universitetin idarə heyətinin sədri Vigen Sarkisyan, sabiq maliyyə naziri Qaqik Xaçatryan, onun oğlu Artyom Xaçatryan, Arutyun Tatevosyan, Respublika Partiyasının üzvü Arman Saakyan, keçmiş Yerevan meri Qaqik Beqlaryan və digər şəxslər ya saxlanılıb, ya həbs olunub, ya da barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib.İttihamlar isə müxtəlifdir: vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması, seçki rüşvəti və digər cinayətlər.

Burada diqqət çəkən məqam ittihamların mahiyyətindən daha çox zamanlamadır.
 

Əgər bu şəxslərin fəaliyyətində doğrudan da cinayət tərkibi var idisə, niyə istintaq məhz seçki kampaniyasının son günlərində belə fəallaşıb? Nə üçün illərlə davam edən işlər birdən-birə seçki ərəfəsində sürətlənir? Niyə hədəfdə əsasən müxalifətlə əlaqələndirilən şəxslər dayanır?


Bu sualların cavabı yoxdur. Heç beynəlxalq müşahidəçilər də bu barədə sual vermirlər.

Mətbuatın qapısına döyən xüsusi xidmət orqanları

Demokratiyanın ən mühüm göstəricilərindən biri media azadlığı hesab olunur. Lakin seçki gününə az qalmış Ermənistanın “Armat Media”nın redaksiyasına hüquq-mühafizə orqanlarının daxil olması ciddi suallar yaradır.

Əlbəttə, istənilən hüquqi əməliyyat qanun çərçivəsində həyata keçirilə bilər. Ancaq seçki ərəfəsində media qurumlarına qarşı atılan hər addım xüsusi həssaslıq tələb edir.

Qəribədir ki, başqa ölkələrdə jurnalistin polisə çağırılması belə Qərb təsisatlarının hesabatlarında xüsusi bölmə ilə qeyd olunur, amma Ermənistanda redaksiyalara xüsusi xidmət orqanlarının daxil olması ciddi reaksiya doğurmur. “Demokratiya standartları” görünür ki, ölkədən-ölkəyə dəyişir.

Avro və rublla alınan səslər

Ermənistanda seçki kampaniyasının ən çox müzakirə olunan mövzularından biri də seçici səslərinin pulla alınmasıdır.

Erməni KİV-in məlumatlarına görə, regionlarda bir seçici səsinin qiyməti 10-25 dollar arasında dəyişir. Maraqlısı budur ki, bu üsuldan həm Qərbyönlü qüvvələr, həm də Rusiyaya yaxın siyasi dairələr istifadə edirlər.
 

Belə ki, Samvel Karapetyanın yaratdığı "Güclü Ermənistan" partiyasının nümayəndələri seçicilərə "xeyriyyə yardımı" adı altında pul paylamaqda şübhəli bilinərək saxlanılıblar. Digər tərəfdən isə Avropa fondları və müxtəlif QHT layihələri vasitəsilə seçki prosesinə təsir göstərilir, hazırki hakimiyyətin əlini gücləndirməyə xidmət edən addımlar atılır.


Yəni, həm iqtidar, həm də müxalifət eyni oyunu oynayır. Fərq yalnız maliyyənin mənbəyindədir. Bir tərəfə vəsait avro ilə çatır, digər tərəfə isə rublla...

Hava limanından birbaşa hərbi toplanışa

Seçkilər ərəfəsində ortaya çıxan ən maraqlı hadisələrdən biri də xaricdən qayıdan Ermənistan vətəndaşlarının hərbi uçota alınması oldu.

Bir neçə gün əvvəl beynəlxalq mediada Rusiyada yaşayan on minlərlə Ermənistan vətəndaşının seçkilərdə iştirak etmək üçün ölkəyə göndərildiyi barədə məlumatlar yayıldı. “Reuters”in yazdığına görə, Rusiya bu planı həyata keçirmək üçün 50 milyon vəsait də ayırıb.

Bundan dərhal sonra sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında Rusiyadan gələn Ermənistan vətəndaşlarının hərbi qeydiyyata alınaraq 25 günlük hərbi təlimlərə cəlb edilməsi qərarı verildi. Beləliklə, seçkidə iştirak etmək üçün ölkəyə gələn vətəndaşlar özlərini hərbi sistemin nəzarəti altında tapdılar.

Brüsselin favoritləri və seçki neytrallığının sonu

Bu seçkilərdə təkcə Moskvanın deyil, Brüsselin də aktiv rol oynadığı artıq sirr deyil. Avropa Siyasi Birliyinin Zirvə toplantısı, Avropa rəsmilərinin ardıcıl açıqlamaları və hakimiyyətə göstərilən açıq siyasi dəstək seçki kampaniyasının ayrılmaz hissəsinə çevrilib.
 

Əgər eyni proses başqa bir postsovet ölkəsində baş versəydi, şübhəsiz ki, Qərb ekspertləri bunu "xarici müdaxilə" adlandırardılar. Ancaq Ermənistanda buna "demokratiyanın dəstəklənməsi" deyilir. Yəni, terminologiya dəyişsə də, mahiyyət dəyişmir.


Hamı müdaxilə edir, heç kim görmür

Ermənistanda seçki kampaniyası artıq siyasi proqramların deyil, geosiyasi təsir mərkəzlərinin yarışını xatırladır. Moskva öz adamlarını səfərbər edir, Brüssel öz favoritini gizlətmir, hakimiyyət isə dövlət maşınını seçki prosesinə qoşur. Bir tərəfdə səs alveri, digər tərəfdə siyasi həbslər... Bir yanda xaricdən gələn seçicilərin hərbi toplanışlara cəlb edilməsi, digər yanda açıq xarici siyasi dəstək nümayişləri müşahidə olunur. Belə bir mənzərə qarşısında seçkinin legitimliyindən söhbət belə gedə bilməz. Təəccüb doğuran isə bütün bunların beynəlxalq müşahidəçilərin diqqətindən “kənarda qalması”dır.

Amma bütün bunlardan daha maraqlısı başqa məqamdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq müşahidə missiyaları sanki paralel dünyada yaşayırlar. Onlar başqa ölkələrdə ən xırda prosedur pozuntularını belə demokratiyanın süqutu kimi təqdim edirlər. Ermənistanda isə siyasi həbslər, inzibati təzyiqlər, xarici müdaxilə və seçki rüşvəti xəbərləri fonunda tam sakitlik hökm sürür.

Bu, Qərbin demokratiya, insan hüquqları və seçki standartları ilə bağlı illərdir təbliğ etdiyi prinsiplərin sadəcə siyasi alət olduğunu bir daha sübuta yetirir. Çünki yalnız rəqiblərə tətbiq olunun, dostlara münasibətdə isə “unudulan” yanaşma heç bir halda prinsip ola bilməz. Bu siyasi oyuncaqdan başqa bir şey deyil...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Zelenski tennis oynadı – FOTO

Zelenski tennis oynadı – FOTO

Elmira Rəhimova 85 yaşında!

Elmira Rəhimova 85 yaşında!

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Cəlilabadın 35 kəndi işıqsız qalıb

Cəlilabadın 35 kəndi işıqsız qalıb

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

"Gənclik şəhəri"nin gəncləri niyə Bakıya üz tutur? – TƏHLİL

"Gənclik şəhəri"nin gəncləri niyə Bakıya üz tutur? – TƏHLİL

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı – ADLARI

Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı – ADLARI

End of content

No more pages to load

RADİO