Maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalandı - FOTO

Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycan və ABŞ arasında, eyni zamanda İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən iqtisadiyyat, enerji, investisiya və texnologiya sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb.

Bizim.Media xəbər verir ki, imzalanan müqavilələrin maliyyə dəyəri 7,5 milyard dollardır.

Bu sənədlərdən biri “Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi” adlı Azərbaycan və ABŞ arasında imzalanan çərçivə sənədidir. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən isə ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr imzalayıb.
 

Bununla yanaşı, SOCAR, “TotalEnergies”, XRG və BOTAŞ arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kub metr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə Avropa regionu üzrə böyük vitse-prezidenti Martina Opizzi, XRG-in beynəlxalq qaz üzrə prezidenti Mohammed Al-Aryani, BOTAŞ-ın direktoru və direktorlar şurasının sədri Abdulvahit Fidan imzalayıblar.


Digər imzalanan sənədlər Niş CCGT layihəsi ilə bağlıdır. Belə ki, SOCAR və “Serbiya Elektrik Enerjisi Sənayesi” (EPS) arasında Serbiyanın Niş şəhərində qaz elektrik stansiyasının tikintisi üzrə birgə müəssisənin səhmdarlar sazişinin əsas şərtləri və layihənin əsas kommersiya elementlərinin müəyyən edilməsi üzrə əsas şərtlər sənədi imzalanıb. Sənədə SOCAR-ın prezidenti Rövşən Nəcəf və EPS-in baş direktoru Dušan Živković imza atıb.

Həmçinin SOCAR ilə “Shell” arasında enerji sahəsinin müxtəlif istiqamətləri üzrə potensial əməkdaşlığın baza prinsiplərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb. Sənəd mövcud hasilat aktivlərində səmərəliliyin artırılması, yeni yataqların kəşfiyyatı və işlənməsi, “Downstream” və LNG layihələrində iştirak, süni intellektdən istifadə, eləcə də texnologiya, bilik və insan kapitalının inkişafı istiqamətlərini əhatə edir. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, “Shell”in şirkət və payların satınalınmaları, divestisiyalar və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezident Valid Hadi imzalayıb.

Bundan başqa, SOCAR və AASS şirkəti arasında San-Marinoya qaz satışını nəzərdə tutan saziş imzalanıb. Sazişə əsasən, 2026-cı ilin oktyabr ayından qazın təchizatı həyata keçiriləcək. Sənədə SOCAR tərəfindən Rövşən Nəcəf, AASS tərəfindən baş menecer Marcello Forcellini imza atıb.
 

SOCAR ilə ABŞ-nin “Comstock Resources” şirkəti arasında mövcud və yeni qaz yataqlarında, eləcə də bu yataqlara xidmət edən infrastruktur layihələrində potensial əməkdaşlıq və investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, “Comstock Resources”ın maliyyə və investorlarla əlaqələr üzrə vitse-prezidenti Ron Mills imzalayıb.


Bunlara əlavə olaraq, SOCAR və “JP Morgan” arasında strateji layihələrin maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsi və SOCAR-ın uzunmüddətli kapitala çıxış imkanlarının artırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, “JP Morgan” şirkətinin mərkəzi və şərqi Avropa, orta şərq və Afrika regionunda kredit və strukturlaşdırılmış kreditlər üzrə vitse-prezidenti Martynas Saltenis imzalayıb.

SOCAR ilə “Chevron” arasında Orta Xəzər hövzəsinin Azərbaycan sektorunun neft-qaz perspektivliyinin qiymətləndirilməsi məqsədilə birgə texniki tədqiqatın aparılmasına dair Birgə Tədqiqat Sazişi imzalanıb. Sənədi SOCAR tərəfindən Rövşən Nəcəf, “Chevron” tərəfindən şirkətin Avrasiya üzrə İcraçı direktor Derek Magness imzalayıb.

SOCAR və “Apollo Global Management” arasında TANAP layihəsi üzrə investisiya dəstəyi haqqında saziş imzalanıb. Sənəddə TANAP layihəsi üzrə strateji maliyyə əməkdaşlığı; “Apollo” “SOCAR Türkiyə”nin TANAP-da 7 faizlik payını saxlayan holdinq şirkətində minoritar və qeyri-nəzarət payları əldə edir. Sənədə SOCAR tərəfindən qurumun prezidenti Rövşən Nəcəf, “Apollo Global Management” tərəfindən şirkətin idarəedici direktoru Jonathan Bar imza atıb.
 

SOCAR və “Apollo Capital Management” arasında enerji maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair də Anlaşma Memorandumu imzalanıb. Sənəddə TANAP üzrə mövcud maliyyələşmənin 300 milyon dollaradək artırılması və SOCAR Qrupunun digər aktivləri üzrə maliyyələşmə mexanizmlərinin araşdırılması nəzərdə tutulur. Tərəfləri SOCAR prezidenti Rövşən Nəcəf, “Apollo Capital Management”in idarəedici direktoru Jonathan Bar təmsil edib.


Həmçinin SOCAR və Corc Vaşinqton Universiteti (GWU) arasında “Washington Hub” platforması çərçivəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəddə “Washington Hub” platforması çərçivəsində qarşılıqlı maraq sahələrinin müəyyən edilməsi və birgə layihələrin həyata keçirilməsi üzrə əsas prinsiplərin razılaşdırılması qeyd olunur. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf, GWU Qlobal Təşəbbüslər üzrə dekan müavini Sevinc Məmmədova imzalayıb.

SOCAR və “Haimaker.ai” arasında Süni İntellekt Bulud İnfrastrukturunun inkişafına dair əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədə SOCAR prezidenti Rövşən Nəcəf, “Haimaker.ai” şirkətinin baş icraçı direktor və həmtəsisçi Su Le imza atıb.

Daha sonra Azərbaycan və ABŞ arasında 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolu imzalanıb. Protokol iclasın nəticələrini özündə əks etdirir. Sənədə Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən Keyleb Orr imza atıb.
 

İqtisadiyyat Nazirliyi ilə “Oracle” şirkəti arasında əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyi adından sənədi nazir müavini Səməd Bəşirli, “Oracle” şirkəti adından isə baş vitse-prezident Jason Rees imzalayıb.


Eyni zamanda, SOCAR ilə “Lummus Technology” arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Saziş neft emalı və neft-kimya sahələrində əməkdaşlıq çərçivəsinin müəyyən edilməsini, texnoloji infrastrukturun inkişafını, mühəndislik işlərinin həyata keçirilməsini və potensial lisenziya proseslərini, o cümlədən “Petkim” “Master Plan” layihəsi üzrə lisenziyaların əldə olunmasını əhatə edir.

SOCAR adından sənədi prezident Rövşən Nəcəf, “Lummus Technology” adından isə Yaxın Şərq və Şimali Afrika (MENA) regionu üzrə vitse-prezident və baş direktor Lummus Technology Fadi Mhaini imzalayıb.

Qeyd edək ki, imzalanan sənədlər (investisiya dəyəri 7,5 milyard dollar) Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının enerji, investisiya, innovasiya və strateji resursların idarə olunması sahələrində yeni mərhələyə keçdiyini nümayiş etdirir.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

End of content

No more pages to load

RADİO