Andrey Babiş: “Azərbaycanın inkişaf tempi və gələcəyə inamı məni heyran edib” - FOTO

28 May - Müstəqillik Günü münasibətilə Çexiyanın paytaxtında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təntənəli qəbul təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyevlə yanaşı, yüksəksəviyyəli qonaqlar - ölkənin Baş naziri Andrey Babiş və Çexiya parlamentinin aşağı palatasının spikeri Tomio Okamura da iştirak ediblər.

Çexiyanın Baş naziri Andrey Babiş çıxışında bildirib ki, bu gün Azərbaycan və Çexiya arasında münasibətlər əla və dinamik şəkildə inkişaf edir, iki ölkə arasında əməkdaşlıq isə bir çox sahələrdə möhkəmlənməkdə davam edir.
 

O, iştirakçıların diqqətinə çatdırıb ki, iqtisadi əməkdaşlıq ikitərəfli tərəfdaşlığın əsas sütunlarından biridir və Çexiya şirkətləri azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirirlər. Çexiya hökumətinin başçısı enerji əməkdaşlığına xüsusi önəm verərək bildirib ki, Azərbaycan Çexiyaya xam neftin ən böyük təchizatçısıdır.


A.Babişin sözlərinə görə, enerji təhlükəsizliyinin xüsusi əhəmiyyət kəsb etdiyi indiki şəraitdə Azərbaycan kimi etibarlı tərəfdaşa malik olmaq Çexiya üçün strateji əhəmiyyət daşıyır.

Baş nazir, həmçinin Azərbaycana son səfərini xatırladaraq qeyd edib ki, səfər çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə görüş keçirilib. O bildirib ki, Çexiya nümayəndə heyətini 40-dan çox şirkətin təmsilçiləri müşayiət ediblər ki, bu da Çexiyanın iqtisadi əlaqələrin daha da genişləndirilməsində və biznes üçün yeni imkanların yaradılmasında maraqlı olduğunu göstərir.
 

A.Babiş əlavə edib ki, Azərbaycanın inkişaf tempi, ölkənin məqsədləri və gələcəyə inamı onu heyran edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qonaqpərvərliyini və açıqlığını xüsusi vurğulayıb.


Onun sözlərinə görə, Çexiya Azərbaycanla münasibətləri etimad, praktiki əməkdaşlıq və qarşılıqlı fayda əsasında bundan sonra da möhkəmləndirmək niyyətindədir.

Çıxışlardan sonra hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

End of content

No more pages to load

RADİO