Madriddə 28 May - Müstəqillik Günü qeyd olunub – FOTO

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üzrə Baş direktorluğunun rəhbəri Luis Fonseka Sançez, nazirliyin digər yüksəkvəzifəli diplomatları, İspaniya hökuməti tərkibindəki müxtəlif dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, çoxsaylı səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, akademik dairələrin və beyin mərkəzlərinin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri, həmçinin Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və İspaniyanın dövlət himnləri səsləndirilib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünün tarixi əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, ölkəmiz 1918-ci ilin 28 mayında Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq suverenlik, dünyəvilik və demokratik idarəçilik prinsiplərinə sadiqliyini bu gün də uğurla davam etdirir.
 

Diqqətə çatdırılıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət quruculuğu sahəsində mühüm irs yaradıb, qadınlara seçki hüququ verilməsi kimi dövrü üçün qabaqcıl addımlar atıb və türk dünyasında ilk çoxpartiyalı parlament ənənəsinin əsasını qoyub.


Səfir çıxışında vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən dövr ərzində daxili sabitliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biri kimi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq və beynəlxalq təhlükəsizlik sahələrində mühüm təşəbbüslərlə çıxış edir.
 

Çıxış zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin regionda davamlı sülh və sabitlik üçün yeni reallıqlar yaratdığı diqqətə çatdırılıb. Səfir Ramiz Həsənov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə toxunaraq qeyd edib ki, uzun illər davam etmiş münaqişəyə baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə davamlı sülhə nail olmaq mümkündür.


Bu kontekstdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə bu il İspaniya cəmiyyəti üçün xüsusi mənəvi və simvolik əhəmiyyət daşıyan "Sülh və Barışıq üçün Gernika" mükafatına layiq görülüb. Qeyd olunub ki, müharibənin ağır nəticələrini yaşamış Azərbaycan xalqı sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın dəyərini yaxşı anlayır.

Səfir Ramiz Həsənov Azərbaycan ilə İspaniya arasında münasibətlərin son illərdə yüksələn dinamika ilə inkişaf etdiyini də diqqətə çatdırıb. Bildirilib ki, İspaniya parlamentinin sədri Fransina Armenqolun, İspaniya Hökumətinin Xarici və Qlobal İşlər üzrə Dövlət katibi Dieqo Beylo Martinesin Azərbaycana səfərləri, Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığı üzrə ikinci strateji dialoqun Madriddə keçirilməsi, eləcə də mədəniyyət, təhsil və humanitar sahələrdə intensivləşən əməkdaşlıq əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verib.

Tədbirə İspaniya hökuməti adından əsas qonaq qismində qatılan Luis Fonseka Sançez Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
 

Rəsmi qəbul çərçivəsində təşkil olunmuş mədəni proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın zəngin musiqi irsini müasir interpretasiya ilə təqdim edən tanınmış tar ifaçısı İbrahim Babayev ilə Cazorla Rəqs Qrupunun solisti və bədii rəhbəri, məşhur ispan flamenko rəqqasəsi Kristina Kazorlanın birgə çıxışı tədbirə xüsusi rəng qatıb. Azərbaycan musiqisinin flamenko rəqsi ilə sintezi qonaqlar tərəfindən alqışlarla qarşılanıb.


Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, həmçinin ölkənin zəngin mədəniyyəti, tarixi və turizm potensialını əks etdirən müxtəlif nəşr və broşürlər nümayiş etdirilib.

Bununla yanaşı, mayın 28-də səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan "Cibeles" fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

End of content

No more pages to load

RADİO