ABŞ-də Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamələr verilib - FOTO

Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhər və ştatlarında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə bəyannamələr verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi məlumat yayıb.

Vaşinqton şəhərinin meri Muriyel Bauser, Merilend ştatının qubernatoru Ves Mur, Texas ştatının Hyuston şəhərinin meri Con Vitmayr, Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper, Florida ştatının Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Pensilvaniya ştatının Oyl Siti şəhərinin meri Con Klak, eləcə də Nyu York Ştat Assambleyasının üzvü Alek Bruk-Krasnı tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycan xalqının tarixi irsi, ABŞ-də azərbaycanlı icmasının fəaliyyəti və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.
 

Bəyannamələrdə qeyd olunub ki, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşüb, qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri olub. Sənədlərdə həmçinin Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və xalqlararası münasibətlərin inkişafı xüsusi qeyd edilib.


Hyuston və Oyl Siti tərəfindən qəbul olunan bəyannamələrdə Bakı ilə qardaşlaşmış şəhər münasibətləri, enerji sahəsində tarixi əlaqələr və mədəni əməkdaşlıq ön plana çəkilib.

Vaşinqton, Merilend və Nyu York tərəfindən yayımlanan bəyannamələrdə isə ABŞ-də yaşayan azərbaycanlı icmasının Amerika cəmiyyətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Hallandeyl Biç və Mayami-Deyd dairəsinin rəhbərliyi öz sənədlərində Azərbaycan-Amerika icmasının Florida ştatında mədəni müxtəlifliyin, qarşılıqlı anlaşmanın və ictimai fəallığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. (Report.az)













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

End of content

No more pages to load

RADİO