Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib

DTX rəisi general-polkovnik Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib.


Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib.

Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər.

Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər. Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb.
 

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xəttlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib.


Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

End of content

No more pages to load

RADİO