Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, sabah Rauf Əliyevin 70 yaşı tamam olur. O, III, IV, V və VI çağırış üzrə Milli Məclisin deputatı olub.
Bizim.Media